Çexiya böhran vəziyyətlərində sağ qalmaq üçün məlumat bröşuru hazırlayacaq
Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Çexiyanın Daxili İşlər Nazirliyi vətəndaşlar üçün böhran zamanı necə hərəkət etmələri ilə bağlı tövsiyələrin yer aldığı məlumat broşürü hazırlayır.
"Report" xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Vit Rakuşan bildirib.
Qeyd olunub ki, layihə fövqəladə vəziyyətin başlanmasından sonra ilk üç gündə sağ qalmağı öyrədən Finlandiyanın "72 saat" konsepsiyasına əsaslanır.
Nazirin sözlərinə görə, uyğunlaşdırılmış versiyada məlumat broşürü və əhalinin böhran vəziyyətlərinə hazırlanmasına yönəlmiş hərtərəfli kampaniya yer alacaq. Layihənin yayın sonunadək başa çatdırılması planlaşdırılır.
Rakuşan qeyd edib ki, ötən il baş verən daşqınlardan sonra Çexiya vətəndaşlarının 76 %-i dövlətin onları fövqəladə vəziyyətlərə daha yaxşı hazırlaması arzusunu ifadə edib, 70 %-i isə təhlükəsizlik tədbirləri haqqında daha konkret məlumat istədiklərini bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 25 Mart 2025 01:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















