Icma.az
close
up
RU
Çexiyalı siyasətçilər ABŞ ın tarif siyasətini tənqid ediblər

Çexiyalı siyasətçilər ABŞ ın tarif siyasətini tənqid ediblər

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Praqa, 14 iyul, AZƏRTAC

Avqustun 1-dən etibarən ABŞ-ın Avropa mallarına 30 faiz həcmində rüsum tətbiq etmək qərarı Çexiyada ciddi narazılığa səbəb olub. Siyasətçilər və iqtisadçılar bu birtərəfli addımın Trans-Atlantik münasibətlərə zərbə vuracağını və iqtisadi sabitliyi ciddi şəkildə sarsıdacağını bildiriblər.

AZƏRTAC xəbər verir ki, Avropa Parlamentinin deputatı, “Rəhbərlər və müstəqillər” hərəkatının üzvü Danuşe Nerudova qeyd edib ki, Avropa Komissiyası ABŞ ilə ticarət münasibətlərində kompromis əldə etməyə dəfələrlə cəhd göstərib. O, Prezident Donald Trampın qərarının arxasında duran ideologiyanı da tənqid edərək, bunun “bizi 1990-cı illərə geri qaytardığını” deyib.

Avropa Parlamentinin digər deputatı Tomaş Zdexovski rüsumların tətbiqini “ABŞ tərəfindən təkəbbürlü təzyiq” kimi dəyərləndirib və bunun tərəfdaşlıq dialoqundan uzaq olduğunu bildirib. O, yaxınlaşan ticarət müharibəsinin hər iki tərəfə ziyan vuracağını deyərək, Avropa İttifaqını qətiyyətli cavab verməyə çağırıb.

Çexiya parlamentində təmsil olunan ANO partiyasının sədr müavini Karel Qavliçek televiziyada çıxışında vəziyyəti Avropa İttifaqının uğursuzluğu kimi dəyərləndirib. O, Böyük Britaniyanın ABŞ ilə daha sərfəli şərtlərlə razılıq əldə etdiyini xatırladıb.

Çexiyanın keçmiş maliyyə naziri Miroslav Kalousek isə xəbərdarlıq edib ki, Tramp əvvəlki təhdidlərindən daha yumşaq tariflər tətbiq etsə belə, Avropa ixracatçıları ABŞ bazarında rəqabət qabiliyyətini itirə bilər.

Çexiya Baş naziri Petr Fiala isə bildirib ki, elan olunmuş 30 faiz tariflər Aİ ilə ABŞ arasında ticarət münasibətlərinə mənfi təsir göstərəcək. Danışıqları davam etdirmək lazımdır.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Praqa

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:175
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 İyul 2025 08:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see332

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see326

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see309

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see308

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see291

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see291

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see289

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see274

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see254

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see243

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see241

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see239

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see238

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see238

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see229

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see226

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see210

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see207

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see186

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri