Ceyhun Abbasovun rəhbərlik etdiyi milyonluq şirkətlər qrupu borc içində üzür
"Avrora" MMC-nin xeyli miqdarda vergi borcu var.
Pravda.az-ın xəbərinə görə, MMC-nin dövlətə 165 516 AZN borcu yaranıb.
Adətən, vergi borcu olan şirkətlərin direktorlarının ölkədən çıxışına "stop" qoyulur. Bu, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin müvafiq idarəsinin məhkəməyə müraciəti əsasında həyata keçirilir.
Qeyd: 2000-ci ildə yaradılan və nizamnamə kapitalı 4 100 000 AZN olan "Avrora" şirkətlər qrupunun qanuni təmsilçisi tanınmış iş adamı Ceyhun Həsən oğlu Abbasovdur. Şirkətin əsası 1993-cü ildə qoyulub. Beynəlxalq şirkətlərin, zavod və fabriklərin partnyoru olan “Avrora Qrup”un portfoliosuna “Danone”, “Ehrman”, “Arla”, “Rolton”, “Hochland”, “KraftHeinz” “Pernod Ricard”, “Diageo”, “Carlsberg”, “Jagermeister”, “Gruppo Campari”, “Brown Forman”, “Bacardi Limited” və s. kimi aparıcı şirkətlər daxildir. Şirkətin istehsalat sahələrini özündə birləşdirən “Avrora Sənaye Parkı”nda Makaron fabriki, Qənnadı fabriki, Qazlı və qazsız içkilər fabriki, Karbon Dioksid fabriki, Un istehsalı fabriki var. "Tam Store" mağazalar şəbəkəsi də "Avrora"ya daxildir.
Xəyal Quliyev