Icma.az
close
up
RU
Ceyhun Bayramov Antonio Tayani ilə DANIŞDI

Ceyhun Bayramov Antonio Tayani ilə DANIŞDI

Icma.az, Bizim media portalına istinadən məlumat verir.

Xarici işlər naziri Ceyhun Bayramovla İtaliyanın Baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani arasında telefon danışığı aparılıb.
Bizim.Media xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, telefon danışığı zamanı Azərbaycan-İtaliya strateji tərəfdaşlıq münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.
Nazirlər iki ölkə arasında yüksək səviyyəli siyasi dialoqun intensiv xarakter aldığını məmnunluqla qeyd ediblər.
 

Bu çərçivədə ötən ilin payızında İtaliya Prezidenti Sercio Mattarellanın Azərbaycana dövlət səfərinin, cari ilin yanvar ayında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın iclasının, habelə may ayında İtaliya Nazirlər Şurasının sədri Corcia Meloninin Azərbaycana səfərinin Azərbaycan-İtaliya münasibətlərinin strateji mahiyyətini və qarşılıqlı etimada əsaslanan əməkdaşlığın dinamik inkişafını nümayiş etdirdiyi vurğulanıb.


Tərəflər qarşıdan gələn dövrdə də siyasi dialoqun və qarşılıqlı səfərlərin davam etdirilməsinin, iqtisadi-ticarət, enerji, nəqliyyat, sənaye, investisiya, təhsil və digər istiqamətlərdə əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyətini qeyd ediblər. Bu çərçivədə, cari ilin payızında keçirilməsi nəzərdə tutulan Azərbaycan-İtaliya Biznes Forumunun ikitərəfli iqtisadi tərəfdaşlığın dərinləşdirilməsi baxımından mühüm platforma olacağı bildirilib.
Nazirlər cari ilin sentyabr ayında "The European House – Ambrosetti" ilə tərəfdaşlıq çərçivəsində təşkil olunacaq konfransın Azərbaycan-İtaliya iqtisadi və siyasi dialoqunun inkişafı baxımından əhəmiyyətini vurğulayıblar.
Tərəflər enerji sahəsində uğurlu əməkdaşlığı məmnunluqla qeyd edərək, SOCAR ilə İtaliyanın Italiana Petroli (IP) şirkəti arasında əməkdaşlığın, şirkətin satın alınmasının ikitərəfli iqtisadi münasibətlərin mühüm istiqamətlərindən biri olduğunu vurğulayıblar.
İqtisadi sahədə qarşılıqlı faydalı layihələrin genişləndirilməsi və yeni əməkdaşlıq imkanlarının araşdırılmasının əhəmiyyəti qeyd edilib.
Telefon danışığı zamanı həmçinin bölgədə postmünaqişə dövründə sülh gündəliyi, Yaxın Şərqdə vəziyyət və digər regional təhlükəsizlik məsələləri ətrafında da fikir mübadiləsi aparılıb.
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:115
embedMənbə:https://bizim.media
archiveBu xəbər 26 İyun 2026 18:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

24 Sentyabr 2026 09:41see339

Türkiyədə autizm diaqnozu qoyuldu, müayinələr fərqli həqiqəti üzə çıxardı VİDEO

24 Sentyabr 2026 07:01see225

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see214

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see211

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see209

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see205

London konsertinə hazırlıq başladı

24 Sentyabr 2026 14:36see196

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see195

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see191

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see191

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

25 Sentyabr 2026 18:44see188

BBC: “Trampın Arkası” silahlandırılacaq!

24 Sentyabr 2026 20:07see173

Bakıda ev almaq üçün 18 illik maaşınızı xərcləməməlisiniz

24 Sentyabr 2026 20:01see170

ABA kart sayına tətbiq olunan limitləri izah etdi

24 Sentyabr 2026 20:33see169

Payızda bağda görülən 6 iş

24 Sentyabr 2026 21:37see165

”Polisə Dəstək” İctimai Birliyi Sumqayıt Dövlət Universitetində maarifləndirici tədbir keçirib FOTO

24 Sentyabr 2026 21:40see163

Sədr: Qarabağ və Şərqi Zəngəzurda qiymətli və əlvan metal yataqları Dövlət Proqramının əsas prioritetlərindəndir

24 Sentyabr 2026 16:40see162

Birliyin Gücü 2026 : Şərti terrorçuların ələ keçirdiyi gəminin azad edilməsi tapşırığı icra olunub

24 Sentyabr 2026 20:14see162

Tanınmış kardioloqdan haqqında yayılan ittihamlara Açıqlama

24 Sentyabr 2026 17:04see161

Hörmüz ABŞ la İranın məsələsi deyil ƏRDOĞAN

24 Sentyabr 2026 21:38see157
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri