Icma.az
close
up
RU
Ceyhun Bayramov Azərbaycan Araşdırmaları üzrə 4 cü Avropa Konfransında çıxış etdi FOTO

Ceyhun Bayramov Azərbaycan Araşdırmaları üzrə 4 cü Avropa Konfransında çıxış etdi FOTO

Icma.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 5 dekabr 2025-ci il tarixində Avstriyaya işgüzar səfəri çərçivəsində Azərbaycan Araşdırmaları üzrə 4-cü Avropa Konfransında iştirak edib və çıxış edib.

Gununsesi.info  xəbər verir ki, bu barədə XİN-dən bildirilib.

Məlumata görə, tədbirdə siyasətçilər, “beyin mərkəzləri”, akademik dairələr və müstəqil ekspertlər Azərbaycanının strateji baxışı və xarici siyasət prioritetlərinin müzakirəsi üçün bir araya gəliblər.

Dairəvi masa müzakirələri zamanı nazir Bayramov Azərbaycanın regionda sabitləşdirici qüvvə kimi artan rolunu vurğulayıb.

Nazir multilateral əməkdaşlığın daha çox etibarlılığa və real nəticələrə ehtiyac duyduğu bir dövrdə Azərbaycanın çoxtərəfli formatlarda əldə etdiyi nailiyyətlər barədə tədbir iştirakçılarını məlumatlandırıb.

Ceyhun Bayramov həmçinin Azərbaycanın 2026-cı ildə 13-cü Dünya Şəhərsalma Forumuna və Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edəcəyini diqqətə çatdırıb. Bu qlobal platformaların dayanıqlı urbanizasiya, möhkəm yaşayış mühiti, təmiz enerji infrastrukturu və iqlim maliyyələşməsinin səfərbərliyi kimi istiqamətləri regional və beynəlxalq məsuliyyət çərçivəsində birləşdirəcəyi bildirilib.

Nazir çıxışında 8 avqustda Vaşinqtonda keçirilən Sülh Sammitinin nəticələrinə də toxunub.

Sammitdə imzalanmış Üçtərəfli Birgə Bəyannamə və digər vacib sənədlərin post-münaqişə dövrünün yeni regional reallıqlarının beynəlxalq səviyyədə qəbulunu əks etdirdiyini vurğulayıb. O, həmçinin ATƏT-in Minsk prosesi üzrə bütün strukturlarının bağlanmasının tamamlandığını xatırladıb.

Ceyhun Bayramov Azərbaycanın bütün tərəfdaşlarla körpüquran diplomatiyanı və əməkdaşlığı davam etdirməyə hazır olduğunu bildirib. O, Xəzər və Qara dəniz hövzələrini birləşdirən nəqliyyat və bərpa olunan enerji dəhlizlərinin gücləndirilməsinin, habelə sülhün, regional əlaqəliliyinin, iqtisadi təhlükəsizliyin və dayanıqlığın Azərbaycanın gələcək diplomatik fəaliyyətinin əsas dayaqları olaraq qalacağını vurğulayıb.

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:55
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 06 Dekabr 2025 00:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see299

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see196

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see168

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see168

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see168

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see167

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see157

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see157

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see155

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see152

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see151

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see149

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see148

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see144

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see143

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see143

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see142

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see138

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see134

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri