Ceyhun Bayramov İƏT ə çağırış etdi FOTO
Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) koordinasiya iclasında çıxış edib.
Moderator.az xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinin (XİN) "X" sosial şəbəkə hesabında paylaşım edilib.
Bildirilib ki, nazir İƏT-in yeni baş katibini təbrik edib, artan islamofobiyaya qarşı həmrəyliyin vacibliyini vurğulayıb və Azərbaycanın Fələstinin dövlətçiliyinə verdiyi dəstəyi bir daha təsdiqləyib.
O, artan regional hərbi münaqişələrdən dərin narahatlığını ifadə edərək diplomatik səylərin intensivləşdirilməsinə və qlobal miqyasda müsəlman icmalarını hədəf alan ayrı-seçkilik və zorakılıqla mübarizə üçün İƏT-in birgə fəaliyyətinə çağırış edib.
Nazir 2027-ci ildə Azərbaycanda keçiriləcək İƏT sammiti üçün görülən təşkilati-hüquqi hazırlıqlar barədə məlumat verib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:34
Bu xəbər 25 Sentyabr 2026 10:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















