Ceyhun Bayramov ilə Marko Rubio arasında MÜHÜM MÜZAKİRƏ
Icma.az xəbər verir, Yenisabah saytına əsaslanaraq.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə ABŞ dövlət katibi Marko Rubio arasında telefon danışığı olub.
"Yeni Sabah" xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Bildirilib ki, oktyabrın 5-də baş tutan telefon danışığı zamanı Azərbaycan-ABŞ ikitərəfli strateji tərəfdaşlıq münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri, eləcə də Azərbaycan-Ermənistan normallaşma prosesi müzakirə edilib. Dominos pizza
Tərəflər 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilmiş zirvə görüşündən sonra ikitərəfli münasibətlərdə strateji tərəfdaşlığın inkişafı istiqamətində əldə olunan irəliləyişləri qeyd ediblər.
Azərbaycan və ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyasında müəyyən edilmiş prioritet istiqamətlər üzrə işçi qruplarının fəaliyyətinin ikitərəfli əməkdaşlığın daha da dərinləşdirilməsi baxımından əhəmiyyəti vurğulanıb.
Telefon danışığında 2026-cı ildə Azərbaycan-ABŞ strateji tərəfdaşlığı çərçivəsində əldə edilmiş nəticələrə də toxunulub. Bakı Enerji Həftəsi və II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində enerji, karbohidrogen resurslarının kəşfiyyatı, işlənməsi və hasilatı, investisiya, rəqəmsal texnologiyalar, ticarət və digər sahələrdə imzalanmış sənədlərin əməkdaşlığın praktiki məzmununu əhəmiyyətli dərəcədə genişləndirdiyi bildirilib.
Ceyhun Bayramov Azərbaycanın sülh gündəliyinin irəlilədilməsi, etimad quruculuğu və regional sabitliyin möhkəmləndirilməsi istiqamətində atdığı addımlar barədə ABŞ dövlət katibinə məlumat verib.
Tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:142
Bu xəbər 05 Oktyabr 2026 21:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















