Icma.az
close
up
RU
Ceyhun Bayramov QvineyaBisau Respublikasının xarici işlər nazirbi qəbul edib

Ceyhun Bayramov QvineyaBisau Respublikasının xarici işlər nazirbi qəbul edib

Icma.az, Mia.az saytına istinadən bildirir.

Bu gün Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ölkəmizə səfəri çərçivəsində Qvineya-Bisau Respublikasının xarici işlər, beynəlxalq əməkdaşlıq və icmalar naziri Karlos Pinto Pereiranın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Mia.az xəbər verir ki, nazir Ceyhun Bayramov və nazir Karlos Pinto Pereira arasında baş tutan təkbətək görüş daha sonra hər iki tərəfdən nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam edib.

Geniştərkibli görüşdə Azərbaycan və Qvineya-Bisau arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın perspektivləri, siyasi, iqtisadi, humanitar, turizm, energetika və s. sahələr üzrə əməkdaşlıq imkanları müzakirə olunub.

Nazir Ceyhun Bayramov ölkələrimiz arasında qarşılıqlı təmasların, o cümlədən ali və yüksək səviyyəli səfərlərin əməkdaşlığımızın inkişafında vacib rolundan bəhs edib, bu istiqamətdə, Qvineya-Bisau Prezidentinin ölkəmizin ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası çərçivəsində Azərbaycana səfəri, habelə səfər zamanı iki ölkə başçısı arasında baş tutan görüşün əhəmiyyəti qeyd olunub.

İki ölkə arasında münasibətlərin inkişaf perspektivlərinin müzakirəsi baxımından siyasi məsləhətləşmələr mexanizminin işlək vəziyyətə gətirilməsinin vacibliyi diqqətə çatdırılıb. İqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi, təbii ehtiyatların işlənməsi və dövlət xidmətlərinin təmini üzrə təcrübə mübadiləsi, habelə təhsil və təlimlərin təşkili sahələrində əməkdaşlıqda təqaüd proqramları və imkanlarından istifadənin zəruri olduğu vurğulanıb.

Xüsusilə, vətəndaşlara göstərilən dövlət xidmətləri sahəsində “ASAN xidmət” modelinin tətbiqi üzrə əməkdaşlığa hazır olduğumuz diqqətə çatdırılıb.

Azərbaycanın Afrika qitəsi ölkələri, o cümlədən Qvineya-Bisau ilə əlaqələrin daha da inkişaf etdirilməsinə xüsusi əhəmiyyət verdiyi qeyd olunub. Bu istiqamətdə xüsusilə, ölkəmizin Qoşulmama Hərəkatına sədrliyi dövründə təşəbbüsümüzlə qəbul olunan “COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi” adlı qətnamənin, habelə Afrika və inkişaf etməkdə olan kiçik ada dövlətlərini pandemiyadan sonrakı dövrdə dəstəkləmək istiqamətində elan olunan iki çağırışın əhəmiyyəti diqqətə çatdırılıb.

Çoxtərəfli platformalar, xüsusilə BMT, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində ümumi maraqlarımızın irəlilədilməsi istiqamətində birgə fəaliyyətin bundan sonra da davam etdirilməsinin əhəmiyyəti qeyd olunub.

Nazir Ceyhun Bayramov, həmçinin postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, mina təhdidi ilə mübarizə səyləri, habelə Azərbaycan-Ermənistan normallaşma və sülh gündəliyi barədə məlumat verib.

Daha sonra nazir Ceyhun Bayramov və nazir Karlos Pinto Pereira Azərbaycan Respublikası ilə Qvineya-Bisau Respublikasının arasında siyasi məsləhətləşmələrə dair Anlaşma Memorandumunu imzalayıblar.

Yekunda nazirlər görüşün nəticələrinə dair təşkil olunmuş mətbuat konfransında bəyanatla çıxış ediblər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://mia.az
archiveBu xəbər 02 Dekabr 2024 16:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see276

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see259

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see189

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see189

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see179

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see177

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see162

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see157

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see153

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see147

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see147

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see146

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see144

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see143

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see136

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see135

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri