Icma.az
close
up
RU
Ceyhun Bayramov Maldiv Respublikasının xarici işlər naziri ilə görüşüb AZƏRTAC

Ceyhun Bayramov Maldiv Respublikasının xarici işlər naziri ilə görüşüb AZƏRTAC

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 15 noyabr, AZƏRTAC

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Maldiv Respublikasının xarici işlər naziri Abdulla Xəlil ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, görüş zamanı Azərbaycan və Maldiv arasında bir sıra, o cümlədən iqtisadi, investisiyalar, turizm, humanitar və s. sahələr üzrə əməkdaşlıq perspektivləri, habelə COP29 sədrliyimizdən irəli gələn məsələlər müzakirə edilib. Nazir Ceyhun Bayramov COP29 çərçivəsində Maldiv Respublikasından ölkəmizə yüksəksəviyyəli nümayəndə heyətinin səfərinin əhəmiyyətini qeyd edərək, bu kimi təmasların ikitərəfli və çoxtərəfli əməkdaşlıq perspektivlərinin müzakirəsi baxımından vacib olduğunu diqqətə çatdırıb. Ölkələrimiz arasında iqtisadiyyat, investisiyalar, ticarət istiqamətləri üzrə əməkdaşlığın mühüm perspektivlərinin mövcud olduğu, bu imkanlardan istifadə etməklə qarşılıqlı ticarət dövriyyəsinin artırılmasının əhəmiyyəti vurğulanıb. Xalqlarımız arasında qarşılıqlı təmasların gücləndirilməsi baxımından turizm sahəsində mövcud imkanların nəzərdən keçirilməsinin, qarşılıqlı viza sadələşdirilməsi məsələlərinə baxılmasının vacibliyi qeyd olunub. Nazir Ceyhun Bayramov, həmçinin COP29 sədrliyimiz barədə qarşı tərəfi ətraflı məlumatlandırıb, sədrlik dövründə qarşılıqlı faydalı əməkdaşlıq edəcəyimizə dair inamını ifadə edib. Nazir Abdulla Xəlil Azərbaycanı COP29-a sədrliyi münasibətilə təbrik edib, ölkəmizin iqlim dəyişikliyi ilə mübarizə səylərinə rəhbərliyində uğurlar arzu edib. Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Daha sonra nazirlər arasında “Azərbaycan Respublikası Hökuməti ilə Maldiv Respublikası Hökuməti arasında diplomatik, xidməti və rəsmi pasport sahiblərinin qarşılıqlı viza tələbindən azad edilməsi haqqında Saziş” və "Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi ilə Maldiv Respublikasının Turizm Nazirliyi arasında turizm sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nun imzalanması baş tutub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:136
embedMənbə:https://azertag.az
archiveBu xəbər 15 Noyabr 2024 21:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrandakı daxili siyasi gərginliyin kökündə nə dayanır?

04 Sentyabr 2025 14:37see362

Keçmiş prezident özünə yeni iş tapdı

04 Sentyabr 2025 15:44see221

Sinəsi ilə penaltini qaytarandan sonra öldü

05 Sentyabr 2025 01:25see188

İşçiləri əmək müqaviləsiz çalışdırırmış...

04 Sentyabr 2025 11:10see145

ABŞ də matça çayının gözlənilməz fəsadı ortaya çıxdı

04 Sentyabr 2025 14:46see134

ABŞ hakimiyyəti Marsa ilk astronavtları 2030 cu ildə göndərməyi planlaşdırır

05 Sentyabr 2025 01:47see130

Dövlət Departamenti Fələstinin üç hüquq müdafiə təşkilatına qarşı sanksiya tətbiq edib

05 Sentyabr 2025 03:46see129

Bakı qoçusu Qafar Nağıyevin 1902 ci ilə aid mülkü

04 Sentyabr 2025 22:13see128

“Santuş ev tapşırığını düzgün yerinə yetirmədi”

06 Sentyabr 2025 01:18see127

“Azərbaycan millisi İslandiya mətbuatının diqqətindədir” VİDEO

04 Sentyabr 2025 21:11see127

Putin ona general leytenant rütbəsi verdi

04 Sentyabr 2025 18:51see127

Analitik Mərkəz: “İran rejimi son dəqiqələrini oynayır”

04 Sentyabr 2025 11:16see126

İşıqlar sönəndə sadəcə bunu sınayın

04 Sentyabr 2025 23:05see125

Kanadada bıçaqlı hücum: Bir nəfər ölüb, səkkiz nəfər...

05 Sentyabr 2025 01:25see125

“Ölüm yuxusu” gürcü dilində nəşr olunub

05 Sentyabr 2025 10:29see125

Fənərbaxça ya İtaliyanın keçmiş baş məşqçisi gətirilə bilər

05 Sentyabr 2025 01:16see123

Qonşular işgəncə verilən oğlan barədə DANIŞDILAR: Çarəsiz qalmışdı, vəhşicəsinə döyülmüşdü

04 Sentyabr 2025 21:49see122

Futbolçunu təhqir etdi, bir il azadlıqdan məhrum olundu

04 Sentyabr 2025 08:40see119

Rusiyada əsir olan Ukrayna hərbçilərinin sayı açıqlandı Moskvanın cinayətləri barədə hesabat hazırlanacaq

05 Sentyabr 2025 22:25see119

CBDC lər ənənəvi bank sistemini daha rəqəmsal olmağa vadar edir EKSPERT ŞƏRH ETDİ

04 Sentyabr 2025 11:19see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri