Ceyhun Bayramov və Ararat Mirzoyan Nyu Yorkda görüşəcək
Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.
Ermənistan və Azərbaycan xarici işlər nazirləri Ararat Mirzoyan və Ceyhun Bayramov bu ay Nyu-Yorkda görüşəcəklər.
Redaktor.az xəbər verir ki, bu barədə Ermənistan xarici işlər naziri yerli mediaya bildirib.
Görüşün gündəliyi barədə əlavə təfərrüat verməyən Mirzoyan qeyd edib ki, təmaslar BMT Baş Assambleyasının sessiyası çərçivəsində baş tutacaq.
BMT Baş Assambleyasının 81-ci sessiyası sentyabrın 8-də Nyu-Yorkda işə başlayıb.
İki ölkənin xarici işlər nazirləri arasında son görüş sentyabrın əvvəlində Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində keçirilib. Görüşdən sonra Bayramov Mirzoyanla bir sıra məsələlər barədə fikir mübadiləsi apardıqlarını və yaxın gələcəkdə yenidən görüşəcəklərini açıqlayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:139
Bu xəbər 15 Sentyabr 2026 13:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















