Ceyhun Bayramov: Yaşıl enerji koridoru layihəsinə qoşulmaq istəyən yeni ölkələr var
Report.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Azərbaycan, Gürcüstan, Macarıstan, Rumıniyanın birgə həyata keçirdiyi yaşıl enerji koridoru layihəsinə qoşulmaq istəyən yeni ölkələr var.
“Report” xəbər verir ki, bunu Azərbaycan Xarici işlər naziri Ceyhun Bayramov Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ilə birgə mətbuat konfransında deyib.
XİN başçısı vurğulayıb ki, daha geniş coğrafiyanın geoiqtisadi və enerji coğrafiyasının dəyişməsində Azərbaycan və Gürcüstan böyük rol oynayıb:
“Bakı-Tbilisi-Qarsın yükdaşıma qabiliyyətinin 1 milyondan 5 milyon tona artırılması onun rəqabət qabiliyyətinin artırılmasında böyük əhəmiyyət daşıyır. Həmçinin hazırda icra səviyyəsində olan bir sıra layihələr də var. Onlar sırasında 2022-ci ildə icrasına başlanan və potensial qlobal layihə olan yeni yaşıl enerji koridorunun formalaşması böyük rol oynayır. Onun ilkin icraçıları sırasında Azərbaycan, Gürcüstan, Macarıstan, Rumıniya yer alır. Ancaq qoşulmaq istəyən başqa ölkələr də var”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 16 Yanvar 2025 17:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















