Ceyhun Bayramova Küveytin Azərbaycana yeni təyn olunan səfirinin etimadnaməsinin surəti təqdim edilib
Icma.az xəbər verir, Report.az saytına əsaslanaraq.
Küveytin Azərbaycana yeni təyin olunmuş səfiri Məhəmməd Feysəl Əl-Muteyri xarici işlər naziri Ceyhun Bayramova etimadnaməsinin surətini təqdim edib.
“Report”a XİN-dən verilən məlumata görə, nazir cari ildə Azərbaycanın Küveytlə diplomatik münasibətlərin əsasının qoyulmasının 30-cu ildönümünün qeyd olunduğu, bu illər ərzində ikitərəfli, o cümlədən çoxtərəfli əməkdaşlığın inkişafının məmnunluq doğurduğu diqqətə çatdırıb.
Görüşdə regional və beynəlxalq təşkilatlar, xüsusilə BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Körfəz Əməkdaşlıq Şurası çərçivəsində qarşılıqlı dəstək və əməkdaşlığın bundan sonra da davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.
Tərəflər COP29-un nəticələri barədə ətraflı müzakirə aparıb.
Səfir Azərbaycan və Küveyt arasında mövcud əməkdaşlığın bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcəyinə əminlik ifadə edib, bu istiqamətdə səylərini əsirgəməyəcəyini bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 29 Noyabr 2024 14:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















