Icma.az
close
up
RU
Ceyhun Bayramovla QvineyaBisaunun XİN rəhbəri arasında görüş keçirildi

Ceyhun Bayramovla QvineyaBisaunun XİN rəhbəri arasında görüş keçirildi

Pravda.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Dekabrın 2-də xarici işlər naziri Ceyhun Bayramov ölkəmizə səfəri çərçivəsində Qvineya-Bisau Respublikasının xarici işlər, beynəlxalq əməkdaşlıq və icmalar naziri Karlos Pinto Pereiranın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Xarici İşlər Nazirlikdən verilən məlumata görə, nazir Ceyhun Bayramov və nazir Karlos Pinto Pereira arasında baş tutan təkbətək görüş daha sonra hər iki tərəfdən nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam edib.

Geniştərkibli görüşdə Azərbaycan və Qvineya-Bisau arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın perspektivləri, siyasi, iqtisadi, humanitar, turizm, energetika və s. sahələr üzrə əməkdaşlıq imkanları müzakirə olunub.

Nazir Ceyhun Bayramov ölkələrimiz arasında qarşılıqlı təmasların, o cümlədən ali və yüksək səviyyəli səfərlərin əməkdaşlığımızın inkişafında vacib rolundan bəhs edib, bu istiqamətdə, Qvineya-Bisau Prezidentinin ölkəmizin ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası çərçivəsində Azərbaycana səfəri, habelə səfər zamanı iki ölkə başçısı arasında baş tutan görüşün əhəmiyyəti qeyd olunub.

İki ölkə arasında münasibətlərin inkişaf perspektivlərinin müzakirəsi baxımından siyasi məsləhətləşmələr mexanizminin işlək vəziyyətə gətirilməsinin vacibliyi diqqətə çatdırılıb. İqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi, təbii ehtiyatların işlənməsi və dövlət xidmətlərinin təmini üzrə təcrübə mübadiləsi, habelə təhsil və təlimlərin təşkili sahələrində əməkdaşlıqda təqaüd proqramları və imkanlarından istifadənin zəruri olduğu vurğulanıb.

Xüsusilə, vətəndaşlara göstərilən dövlət xidmətləri sahəsində “ASAN xidmət” modelinin tətbiqi üzrə əməkdaşlığa hazır olduğumuz diqqətə çatdırılıb.

Azərbaycanın Afrika qitəsi ölkələri, o cümlədən Qvineya-Bisau ilə əlaqələrin daha da inkişaf etdirilməsinə xüsusi əhəmiyyət verdiyi qeyd olunub. Bu istiqamətdə xüsusilə, ölkəmizin Qoşulmama Hərəkatına sədrliyi dövründə təşəbbüsümüzlə qəbul olunan “COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi” adlı qətnamənin, habelə Afrika və inkişaf etməkdə olan kiçik ada dövlətlərini pandemiyadan sonrakı dövrdə dəstəkləmək istiqamətində elan olunan iki çağırışın əhəmiyyəti diqqətə çatdırılıb.

Çoxtərəfli platformalar, xüsusilə BMT, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində ümumi maraqlarımızın irəlilədilməsi istiqamətində birgə fəaliyyətin bundan sonra da davam etdirilməsinin əhəmiyyəti qeyd olunub.

Nazir Ceyhun Bayramov, həmçinin postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, mina təhdidi ilə mübarizə səyləri, habelə Azərbaycan-Ermənistan normallaşma və sülh gündəliyi barədə məlumat verib.

Daha sonra nazir Ceyhun Bayramov və nazir Karlos Pinto Pereira Azərbaycan Respublikası ilə Qvineya-Bisau Respublikasının arasında siyasi məsləhətləşmələrə dair Anlaşma Memorandumunu imzalayıblar.

Yekunda nazirlər görüşün nəticələrinə dair təşkil olunmuş mətbuat konfransında bəyanatla çıxış ediblər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:93
embedMənbə:https://pravda.az
archiveBu xəbər 02 Dekabr 2024 16:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan İrana səsləndi, Poqosyan narahat oldu Fikirləşin, niyə?

02 İyun 2025 04:14see176

Naxçıvanda aksiya çərçivəsində 300 dən çox uşaq tibbi müayinədən keçib

02 İyun 2025 00:25see142

Bu şəxs Polşanın yeni prezidenti oldu

02 İyun 2025 07:11see136

Saç yuyarkən suyun temperaturuna diqqət edin mütəxəssisdən vacib tövsiyələr

02 İyun 2025 05:06see136

Şabrandakı yol qəzasında bir nəfər həyatını itirib

02 İyun 2025 09:33see135

Cəzaçəkmə müəssisəsinin damı uçdu, məhkum xəsarət aldı

01 İyun 2025 22:14see134

Gördük o “ekspertlərinizi”, 5 günə 1 sualı düz yaza bilməyiblər DİM ə ETİRAZ

02 İyun 2025 04:16see134

Bəzi vitaminlərin çox qəbulu orqanizmə belə ziyan VURUR

02 İyun 2025 05:01see132

İmamoğlunun trolları hərəkətə keçdi

02 İyun 2025 15:13see131

Cənubi Koreyada seçkilərə şok qərar: namizədlərdən biri geri çəkildi

01 İyun 2025 19:55see130

Britaniya ordusunun sayını artırır İlk dəfə

03 İyun 2025 01:17see129

Efirdə Təyyar Bayramovun mikrofonu söndürüldü Video

02 İyun 2025 15:31see128

Rusiya və Ukrayna yeni mübadilələr haqqında razılığa gəldi

02 İyun 2025 18:38see128

“Çox sevdiyim bir “uşağ”ım var” Xanımından iş adamına

01 İyun 2025 23:26see126

Yarış üçün hazırlanmış Super Mustanq nümayiş olundu

02 İyun 2025 05:31see125

Havalar isinir, amma qrip təhlükəsi artır nə etməli?

02 İyun 2025 01:01see125

“Hörümçək toru” əməliyyatı ABŞ ı şoka salıb..?

03 İyun 2025 00:26see121

Alça yedikdən sonra bunlara diqqət edin!

02 İyun 2025 02:03see121

Futzal üzrə Azərbaycan Kubokunun final oyununa təyinatlar açıqlanıb

03 İyun 2025 10:16see117

Təmkin: “Bizə olan inamı doğrultduq”

03 İyun 2025 09:15see116
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri