Icma.az
close
up
RU
Azərbaycan xüsusilə Avropada qlobal enerji təhlükəsizliyinin mühüm sütunu olaraq qalır RƏY

Azərbaycan xüsusilə Avropada qlobal enerji təhlükəsizliyinin mühüm sütunu olaraq qalır RƏY

Pravda.az saytından alınan məlumata görə, Icma.az bildirir.

“Bu il Bakı Enerji Həftəsində 39 ölkədən 267-dən artıq şirkətin iştirakı ilə enerji sənayesi liderlərinin Azərbaycan paytaxtında bir araya gələrək enerji təhlükəsizliyi, enerji istehsalı, yaşıl enerji və digər vacib məsələləri müzakirə etməsi ölkəmizin beynəlxalq nüfuzundan xəbər verir. Azərbaycanın yeni enerji strategiyasının müəllifi ümummilli lider Heydər Əliyevin təşəbbüsü və iştirakı ilə imzalanan Əsrin Müqaviləsi Azərbaycanın dünyanın neft ixracatçılarından birinə çevrilməsində mühüm rol oynayıb. Azərbaycanda hər il keçirilən Bakı Enerji Həftəsi beynəlxalq müstəvidə böyük maraqla qarşılanır. Bu tədbir bütün dünyanın enerji sənayesi sahəsində mövcud olan liderlərini bir araya gətirir və bununla da diqqəti Azərbaycana cəmləşdirir. Prezident İlham Əliyevin Bakı Enerji Həftəsinin açılış mərasimində iştirakı tədbirin yüksək statusunu təsdiqləyir”.

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Deputat qeyd edib ki, Azərbaycanın dünyanın enerji siyasətində, enerji təhlükəsizliyindəki rolu beynəlxalq ictimaiyyət tərəfindən etiraf olunur: “Azərbaycan xüsusilə Avropada qlobal enerji təhlükəsizliyinin mühüm sütunu olaraq qalır. Azərbaycan öz enerji tarixində yeni səhifə açarkən təmiz enerjiyə artan diqqət və sadiqlik məmnunluq doğurur. Ölkəmiz enerji ehtiyatlarını sülh əməkdaşlığının genişlənməsi üçün bir vasitəyə çevirə bilib, enerji xəritəsini dəyişdiyi aydın şəkildə hiss olunur. Azərbaycan ənənəvi enerjidən bərpa olunan enerji növlərinə keçid üzrə dünyaya öz töhfələrini verməkdədir və bu sahədə özünün yanaşmaları ilə çıxış edir. Azərbaycan, həqiqətən də, qeyri-ənənəvi enerji mənbələri ilə dünya enerji təhlükəsizliyinə töhfələr verəcək. Azərbaycanda keçirilən Bakı Enerji Həftəsi ölkəmizin dünyanın alternativ enerji erasına keçid prosesində xüsusi rol oynamaq xarakterindən xəbər verir. Bu gün bəzi mərkəzlər neft və qaz ehtiyatları ilə zəngin olan ölkələr arasında nifaq salmağa çalışırlar. Nefti olan və olmayan ölkələrin məsuliyyətlərini bərabərləşdirmək cəhdləri var. Prezidentin çıxışında da olduqca maraqlı yanaşmaları gördük. Azərbaycan yeni alternativ enerji mənbələrinə keçməklə kifayətlənmir, eyni zamanda bu keçidin ən müasir tələblərə cavab verən konsepsiyasını hazırlayıb. Azərbaycan Prezidenti İlham Əliyev Bakı Enerji Həftəsinin iştirakçılarına müraciətində dediyi kimi, enerji təhlükəsizliyinin möhkəmləndirilməsi, enerji təchizatının şaxələndirilməsi və yaşıl enerji üzrə davamlı inkişaf bu gün də ölkəmizin əsas prioritetləri sırasındadır. Bu istiqamətdə görülən işlər qlobal enerji bazarında Azərbaycanın etibarlı və məsuliyyətli tərəfdaş mövqeyini daha da gücləndirir”.

Aytəkin Qardaşova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:72
embedMənbə:https://pravda.az
archiveBu xəbər 03 İyun 2025 19:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Almaniyanın Moers şəhərində media nümayəndələri ilə Azərbaycanın təbliğinə dair görüş keçirilib

04 İyun 2025 19:12see298

Əbülfət Mədətoğlu: 21 günün ŞEİRİ

05 İyun 2025 10:48see164

Nail 12 kiloqram arıqlayıb

04 İyun 2025 21:30see115

Fizika qanunlarına meydan oxuyan top: Şaquli divarda yuvarlanır, amma yerə düşmür

05 İyun 2025 03:20see112

Berdıyev Azərbaycandan qaçdı Zənglərə cavab vermir

03 İyun 2025 21:58see112

Nadir xəstəlik səbəbindən daim ölü balıq qoxusu verir FOTO

04 İyun 2025 01:19see112

Settar Kaya: Qərbi Azərbaycana qayıdış hüququna məhəl qoymamaq və ya onu təxirə salmaq olmaz

04 İyun 2025 11:22see112

Trampın səbri tükəndi

03 İyun 2025 22:51see112

Paltardakı ləkələri və sarılığı aradan qaldıran ən ucuz vasitə hansıdır? 2 qaşıq əlavə edin

04 İyun 2025 09:37see111

Mətin Eynullayevə ağır itki

04 İyun 2025 09:11see111

Çelsi qapıçılarını satır

04 İyun 2025 09:25see111

Məşhur rusiyalı model narkotik maddələrin təbliğinə görə hakim qarşısına çıxacaq

05 İyun 2025 01:37see111

Deyirlər, Kölndə yenə bomba tapılıb...şəhər boşaldılır?...

03 İyun 2025 21:05see111

Gizlin qalmış ən məşhur sirr: 3 yaşlı Medlinin izi 18 ildən sonra yenidən axtarılır

04 İyun 2025 07:46see110

“Hörümçək toru” təkrarlana bilər

03 İyun 2025 22:03see110

Zelenski onu Birləşmiş Qüvvələrin komandanı təyin etdi

04 İyun 2025 11:23see110

Qlobal ticarət müharibəsi gerçəkləşir ANALİTİK

04 İyun 2025 15:52see110

Cənubi Koreyanın yeni prezidenti Li Jae Myonq vəzifəsinin icrasına başlayıb YENİLƏNİB

04 İyun 2025 04:15see109

Azərbaycanın Əməkdar jurnalisti vəfat etdi

04 İyun 2025 02:30see109

“Tor” əməliyyatı ABŞ a siqnaldır ki, müharibə onların ərazisində də ola bilər WSJ

04 İyun 2025 16:26see109
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri