Ceyhun Bayramovun müavini İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının fövqəladə sessiyasında iştirak edir
Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Avqustun 25-də xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Səudiyyə Ərəbistanı Krallığının Ciddə şəhərində təşkil edilən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının fövqəladə sessiyasında iştirak və çıxış edib.
Sessiya zamanı Qəzza bölgəsində davam edən hərbi gərginlik və humanitar böhranın narahatlıq mənbəyi olaraq qaldığı və bu vəziyyətə son qoyulması üçün təcili və qətiyyətli addımların atılmasının vacibliyi qeyd edilib.
Yalçın Rəfiyevin çıxışında Qəzza bölgəsində atəşkəsin əldə olunmasının və humanitar yardımın bölgəyə çatdırılmasına şəraitin yaradılmasının əhəmiyyəti qeyd olunub.
Azərbaycanın münaqişənin “iki dövlət” prinsipi əsasında, beynəlxalq hüququn norma və prinsipləri, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun həllini dəstəklədiyi bir daha diqqətə çatdırılıb.
Azərbaycanın İƏT-in fəal üzvü kimi Fələstin-İsrail münaqişəsinin diplomatik yolla həllinə dəstək göstərməyə hazır olduğu diqqətə çatdırılıb. Eyni zamanda, Azərbaycanın Fələstin xalqının humanitar vəziyyətinin yüngülləşdirilməsi məqsədilə göstərdiyi yardımlarının bundan sonra da davam etdiriləcəyi vurğulanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 25 Avqust 2025 17:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















