Ceyhun Hüseynzadə müavin təyin edildi
Qaynarinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ceyhun Şirzad oğlu Hüseynzadə İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) İdarə Heyəti sədrinin müavini təyin edilib.
Qaynarinfo xəbər verir ki, Ceyhun Hüseynzadə bu təyinata qədər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Strateji təhlil, innovasiya və rəqəmsallaşma şöbəsinin müdiri olub.
Azərbaycan Dövlət İqtisad Universitetinin (bakalavr) və "Bowling Green State University”nin (magistr) məzunu olan sədr müavini müxtəlif illərdə Azərbaycan Mərkəzi Bankı, İslam İnkişaf Bankı Qrupu və "Paşa Bank” ASC-də müxtəlif vəzifələrdə çalışıb.
Qeyd edək ki, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi ölkədə informasiya-kommunikasiya texnologiyaları və rabitə (telekommunikasiya və poçt) sahələrində tənzimləmə və nəzarəti, eləcə də radiospektr idarəçiliyini həyata keçirir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:142
Bu xəbər 19 Noyabr 2024 16:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















