Ceyhun Sultanov: “Hədəflərimizi komanda formalaşandan sonra açıqlayacağıq”
sport24.az saytına istinadən Icma.az xəbər verir.
"Hazırda "Araz-Naxçıvan"ın qarşıdakı mövsüm üçün hədəfləri barədə danışmaq istəmirəm". Bu sözləri Sport24.az-a açıqlamasında "Araz-Naxçıvan"ın yeni prezidenti Ceyhun Sultanov deyib.
Klub rəhbəri bildirib ki, hazırda bütün diqqət transfer çalışmalarına və heyətin formalaşdırılmasına yönəlib. Onun sözlərinə görə, komandanın yeni mövsümlə bağlı konkret hədəf və məqsədlərini indidən açıqlamaq doğru olmaz.
"Hədəf və məqsədlər barədə komanda tam formalaşdıqdan sonra danışmaq olar. Hazırda bütün diqqətimizi heyətin qurulmasına yönəltmişik. Bu proses başa çatdıqdan sonra qarşıdakı mövsümlə bağlı planlarımızı və hədəflərimizi ictimaiyyətə açıqlayacağıq. İndi bu barədə danışmaq tezdir. Buna görə də hədəflərimizlə bağlı açıqlamanı komanda tam formalaşdıqdan sonra verəcəyəm".
Qeyd edək ki, Ceyhun Sultanov ötən gün "Araz-Naxçıvan" klubunun prezidenti vəzifəsinə təyin olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 27 İyun 2026 13:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















