Ceymi Karragerin Misirə girişinə qadağa qoyula bilər
Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.
“Liverpul”un hücumçusu Məhəmməd Salahı tənqid etdikdən sonra “Liverpul”un və İngiltərə millisinin keçmiş oyunçusu Ceymi Karragerin Misirə girişinə qadağa qoyula bilər.
İdman.Biz Indykaila adlı insayderin X sosial şəbəkəsindəki səhifəsinə istinadla xəbər verir ki, afrikalı futbolçunun nüfuzlu dostları bu iş üzərində işləyirlər.
Daha əvvəl Məhəmməd Salah klubu komandadakı mövqeyinə görə tənqid edib. Hücumçu bu mövsüm oyun vaxtının əsassız şəkildə azaldılmasından şikayətlənib. Baş məşqçi Arne Slot Salahı UEFA Çempionlar Liqasının 6-cı turunun “İnter Milan”la oyununda heyətdən kənarlaşdırıb.
Ceymi Karrager Salahın müsahibəsini rüsvayçılıq və məşqçiyə qarşı planlaşdırılmış hücum adlandırıb.
Keçmiş müdafiəçi daha sonra yazıb: “Mən əmin deyiləm ki, nə vaxtsa “Liverpul”un bu günküdən daha çox qalib gəlməsini istəmişəm!”
Baxış sayı:21
Bu xəbər 09 Dekabr 2025 22:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















