Cəzaçəkmə müəssisəsinə qadağan olunmuş əşyaların keçirilməsinin qarşısı alınıb
Icma.az, Unikal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində 1 saylı cəzaçəkmə müəssisəsinə qadağan olunmuş əşyaların keçirilməsinin qarşısı alınıb.
"Unikal" xəbər verir ki, məhkuma tanışı tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman plastik vedrənin içərisində xüsusi üsulla gizlədilmiş 5 ədəd mobil telefon aparatı, 3 ədəd elektrik qidalandırıcı, 1 ədəd qulaqcıq və 1 ədəd bıçaq aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.
Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsinin cinayət məsuliyyətinə səbəb olduğu bir daha vətəndaşların diqqətinə çatdırılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 23 Sentyabr 2025 10:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















