Cəzaçəkmə müəssisəsinə narkotik keçirilməsinin qarşısı alındı
Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində 13 saylı cəzaçəkmə müəssisəsinə narkotik maddələrin keçirilməsinin qarşısı alınıb.
Redaktor.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Məhkumla qısamüddətli görüşə gəlmiş atasının gətirdiyi sovqata baxış keçirilən zaman tərliyin içərisində xüsusi üsulla gizlədilmiş bükülülərdə 1,720 qram marixuana və 1,970 qram tiryək aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.
"Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsinin cinayət məsuliyyətinə səbəb olduğu bir daha vətəndaşların diqqətinə çatdırılır", nazirlikdən bildirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 15 Oktyabr 2025 14:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















