Icma.az
close
up
RU
Cəzalanan məşqçi od püskürdü: “Sponsorumuz, arxamız yoxdur deyə, başımıza oyun açırlar” İdmanXəbər

Cəzalanan məşqçi od püskürdü: “Sponsorumuz, arxamız yoxdur deyə, başımıza oyun açırlar” İdmanXəbər

Icma.az, Idmanxeber.az portalına istinadən məlumat verir.

Azərbaycan çempionatlarında hakim problemi bitmək bilmir. İstər Premyer Liqa, istərsə də digər çempionatlarda ədalət təmsilçilərindən çoxlu sayda şikayət var. Çalışdığımız qədər hər dəfə bu mövzüya toxunub, aidiyyatı qurumları məsələ ilə daha ciddi məşğul olmağa çağırırıq. Ancaq təəssüflər ki, problemin ardı-arxası gəlmir.

Hakimliklə bağlı növbəti problem ötən gün Azərbaycan II Liqası IX turu çərçivəsində keçirilən “Ağdaş” – “Füzuli” matçında (2:1) baş verib. Ev sahibi komandanın baş məşqçisi Ruslan Hüseynov qarşılaşmanın baş hakimi Ruslan Quliyevi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq texniki zonadan uzaqlaşdırılıb. Bu gün də İntizam Komitəsinin iclasında Hüseynov 5 oyun cəza alıb, “Ağdaş” 400 manat cərimələnib.

Nə baş verdiyini öyrənmək üçün komandanın baş məşqçisi Ruslan Hüseynova müraciət etdik. O, İdmanxeber.az saytına yaşananları belə açıqladı:

“Hakimlərin əlindən bezmişik. Sponsorumuz, arxamız yoxdur deyə, başımıza oyun açırlar. Heç birinə söz demək olmur. Əllərinə “sarı”, “qırmızı” alıb düşüblər ortaya. Biz necə edək bəs? Hakimlər nə istəyir edirlər, bizim nəsə deməyə haqqımız yoxdur? Tər-təmiz penaltimizi vermir. Gözünün qarşısındakı epizodu görmür. Mən də etiraz etdim. Hakimə “Korsan? Niyə vermirsən penaltini?” demişəm. Bundan sonra gəlib mənə “qırmızı” verib. Meydançada rəqib oyunçular ona nələr deyirdi. Biri deyir “sən hakim deyilsən”, o biri deyir “sən vozduxsan”. Onlara heç bir reaksiya vermir, eşitməzliyə vurur. Mən danışanda isə dünya dağılır. Bundan öncəki ev oyunumuzda da olmuşdu. “Hypers Guba” görüşündə qapımıza biabırçı penalti təyin edildi. Həmin oyunda da qırğın düşəcəkdi. Komandanı güc-bəla ilə saxladım. Amma bu səfər özüm də dözə bilmədim.

Biz burada çox əziyyət çəkirik. Mənim adım məşqçidi. Həm ot biçirəm, meydançaya xətt çəkirəm və s. Bu vəziyyətdə komanda saxlayırıq. Oyunlarda belə şeylər görəndə çox pis təsir edir. Biz də komandayıq, heç kimdən əskik deyilik. Hakimlər rəqiblərə ehtiyatla, qorxaraq yanaşırlar. Bizə çatanda isə bütün haqsızlıqları edirlər. Açıq şəkildə deyirəm ki, bizdən əl çəksinlər. Oyunları düzün aparsınlar, ədalətli olsunlar”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:67
embedMənbə:https://idmanxeber.az
archiveBu xəbər 07 Noyabr 2024 15:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see260

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see257

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see246

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see241

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see227

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see216

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see205

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see193

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see183

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see180

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see168

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see168

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see164

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see155

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see154

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see154

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see152

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri