Icma.az
close
up
RU
Changan 4 dəfədən çox, BYD təxminən 5 dəfə artıb Azərbaycanda ən çox alınan avtomobillər SİYAHI

Changan 4 dəfədən çox, BYD təxminən 5 dəfə artıb Azərbaycanda ən çox alınan avtomobillər SİYAHI

Marja.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycanda minik avtomobillərinin sayı 2025-ci ildə 90 min 815 ədəd və ya 5,7% artaraq 1 milyon 676 min 80 ədədə çatıb.

Marja.az-ın Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamaya görə, 2024-cü ilin sonunda ölkədə 1 milyon 585 min 265 minik avtomobili qeydə alınmışdı.

Markalar üzrə göstəricilərin təhlili göstərir ki, 2025-ci ildə minik avtomobili parkındakı artım bütün markalar arasında bərabər bölüşməyib. Xüsusilə Çin avtomobil markalarının sayında çox yüksək artım templəri qeydə alınıb. Eyni zamanda, ölkənin avtomobil parkında böyük paya malik bir sıra köhnə VAZ modellərinin sayı azalıb.

Ümumilikdə cədvəldə ayrıca göstərilən markaların 50-də avtomobillərin sayı artıb, 35-də azalıb, bir markada isə dəyişməyib.

Changan-da rekord artım – bir ildə 29,8 min avtomobil əlavə olunub

2025-ci ilin ən diqqətçəkən göstəricilərindən biri “Changan” markası üzrə qeydə alınıb. 2024-cü ilin sonunda Azərbaycanda 8 min 950 “Changan” olduğu halda, 2025-ci ilin sonunda onların sayı 38 min 784-ə çatıb. Beləliklə, cəmi bir ildə “Changan” avtomobillərinin sayı 29 min 834 ədəd və ya 333,3% artıb. Başqa sözlə, Azərbaycandakı “Changan” parkı bir il ərzində 4,3 dəfə böyüyüb.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

BYD avtomobillərinin sayı təxminən 5 dəfə artıb

Faiz ifadəsində daha böyük sıçrayış “BYD” markasında müşahidə olunub. 2024-cü ildə 4 min 83 olan BYD avtomobillərinin sayı 2025-ci ildə 19 min 799-a yüksəlib.

Artım 15 min 716 avtomobil və ya 384,9% təşkil edib. Beləliklə, Azərbaycandakı BYD avtomobillərinin sayı bir il ərzində təxminən 4,8 dəfə artıb.

JAC 3,5 dəfədən çox, Tesla 2 dəfədən çox artıb

JAC avtomobillərinin sayı 258-dən 916-ya yüksəlib. Bu, 658 avtomobil və ya 255% artım deməkdir.

“Tesla”ların sayı isə 535-dən 1 144-ə çatıb. Bir ildə artım 609 avtomobil və ya 113,8% təşkil edib.

“Dong Feng” avtomobillərinin sayı düz iki dəfə artaraq 557-dən 1 114-ə yüksəlib.

GAC-da artım 68,3%, Geely-də 47,1%, BAIC-də 33,8%, Haval-da 24,2%, FAW-da isə 22,8% olub.

Bu göstəricilər 2025-ci ildə Çin mənşəli avtomobil markalarının Azərbaycan avtomobil parkında mövqelərinin sürətlə genişləndiyini göstərir.

Hyundai, Toyota və KIA-da da güclü artım

Say ifadəsində ən böyük artımlardan biri “Hyundai” markasında qeydə alınıb. Hyundai avtomobillərinin sayı 142 min 814-dən 153 min 983-ə yüksələrək 11 min 169 ədəd və ya 7,8% artıb.

Toyota avtomobillərinin sayı 115 min 151-dən 124 min 922-yə yüksəlib. Artım 9 min 771 avtomobil və ya 8,5% təşkil edib. KIA markalı avtomobillərin sayı isə 97 min 753-dən 106 min 962-yə çatıb. Beləliklə, KIA parkı bir ildə 9 min 209 ədəd və ya 9,4% böyüyüb.

Chevrolet avtomobillərinin sayı 6 min 964 ədəd və ya 12,7% artaraq 61 min 937-yə, Ford avtomobillərinin sayı 2 min 806 ədəd və ya 11,4% artaraq 27 min 492-yə çatıb.

Mercedes hələ də ən çox olan markadır

2025-ci ilin sonunda Azərbaycanda 222 min 50 “Mercedes” markalı minik avtomobili olub. 2024-cü illə müqayisədə Mercedes avtomobillərinin sayı 1 808 ədəd və ya 0,8% artıb.

Bununla Mercedes ölkədə say baxımından ən böyük avtomobil parkına malik ayrıca marka olaraq qalır. BMW avtomobillərinin sayı isə 44 min 584-dən 46 min 904-ə yüksəlib. Artım 2 min 320 avtomobil və ya 5,2% olub.

Nissan avtomobillərinin sayı 3,6% artaraq 50 min 227-yə çatıb.

Köhnə VAZ avtomobillərinin sayı sürətlə azalır

Artımla yanaşı, Azərbaycanın avtomobil parkında struktur dəyişikliyini göstərən digər mühüm tendensiya köhnə VAZ modellərinin sayının azalmasıdır.

“VAZ-2101, 03-06” avtomobillərinin sayı 2024-cü ildəki 199 min 68-dən 2025-ci ildə 190 min 874-ə düşüb. Bir ildə bu kateqoriyada 8 min 194 avtomobil və ya 4,1% azalma qeydə alınıb. Bu, bütün markalar və model qrupları arasında say ifadəsində ən böyük azalmalardan biridir.

“VAZ-2105, 2107 və modifikasiyaları”nın sayı 1 567 ədəd və ya 1,2% azalaraq 124 min 902-yə düşüb.

“VAZ-2108, 2109 və modifikasiyaları”nda azalma 709 avtomobil və ya 2,9%, “VAZ-2102, 2104 və modifikasiyaları”nda isə 261 avtomobil və ya 1,8% olub.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

Bunun əksinə olaraq, “VAZ-2121 və modifikasiyaları”nın sayı 129 ədəd və ya 0,4% artaraq 36 min 260-a çatıb.

Opel-in sayı azalıb

Azərbaycanda geniş yayılan Opel avtomobillərinin sayı da aşağı düşüb. 2024-cü ilin sonunda 72 min 44 Opel olduğu halda, 2025-ci ilin sonunda onların sayı 71 min 507-yə enib. Azalma 537 avtomobil və ya 0,7% təşkil edib.

Daewoo avtomobillərinin sayı 443 ədəd və ya 4,1%, Renault 208 ədəd və ya 1,6%, Volkswagen isə 164 ədəd və ya 0,6% azalıb.

Bazarın əsas tendensiyası dəyişir

Statistika 2025-ci ildə Azərbaycan minik avtomobili parkında iki paralel prosesin getdiyini göstərir. Bir tərəfdən Hyundai, Toyota, KIA, Chevrolet və BMW kimi artıq böyük avtomobil parkına malik markalar artmaqda davam edib. Digər tərəfdən Changan, BYD, JAC, Tesla, Geely, GAC və digər nisbətən yeni markalarda artım tempi dəfələrlə yüksək olub. Bunun fonunda köhnə VAZ, GAZ, Daewoo, Moskviç və bir sıra digər modellərin sayı tədricən azalır.

Beləliklə, ümumi minik avtomobili parkının 5,7% böyüməsi ilə yanaşı, parkın marka strukturu da sürətlə dəyişir: yeni Asiya, xüsusilə Çin markalarının çəkisi artır, köhnə postsovet avtomobillərinin payı isə azalır.

Qeyd edək ki, Azərbaycanda nəqliyyat vasitələrinin (minik avtomobilləri, yük avtomobilləri, avtobuslar, motosikletlər) sayı 2 milyona yaxınlaşıb. Xüsusilə hibrid və plaq-in hibrid avtomobillərin sayında kəskin artım qeydə alınıb. 2025-ci ilin sonunda ölkədə nəqliyyat vasitələrinin ümumi sayı 1 milyon 978 min 316 ədədə çatıb. 2024-cü ilin sonunda bu göstərici 1 milyon 873 min 405 ədəd təşkil etmişdi. Beləliklə, bir il ərzində nəqliyyat vasitələrinin sayı 104 min 911 ədəd və ya 5,6% artıb.

Avtomobillərin sayı 1 milyon 934 mini keçib

2025-ci ilin sonunda Azərbaycanda avtomobillərin sayı 1 milyon 934 min 598 ədəd olub. 2024-cü ildə avtomobillərin sayı 1 milyon 833 min 874 ədəd idi. Bir il ərzində avtomobil parkı 100 min 724 ədəd və ya 5,5% böyüyüb.

Minik avtomobillərinin sayı 1 milyon 676 mini ötüb

Minik avtomobillərinin sayı 2024-cü ildəki 1 milyon 585 min 265 ədəddən 2025-ci ildə 1 milyon 676 min 80 ədədə yüksəlib. Beləliklə, minik avtomobillərinin sayı bir ildə 90 min 815 ədəd və ya 5,7% artıb.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://marja.az
archiveBu xəbər 28 Sentyabr 2026 12:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see379

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see322

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see317

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see289

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see288

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see272

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see271

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see266

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see261

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see254

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see251

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see250

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see242

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see237

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see236

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see231

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see231

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see224

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see206

Sabahdan hava dəhşət soyuyacaq

24 Noyabr 2026 17:39see205
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri