Icma.az
close
up
RU
ChatGPT yeniyetməni intihara sövq etdi: OpenAI a qarşı iddia

ChatGPT yeniyetməni intihara sövq etdi: OpenAI a qarşı iddia

Qaynarinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Kaliforniyalı bir evli cütlük OpenAI-a qarşı məhkəmə iddiası qaldırıb. Onlar ChatGPT-nin oğullarını intihara sövq etdiyini iddia edirlər.

Qaynarinfo NBC News-a istinadla xəbər verir ki, 16 yaşlı Adam Rayan 11 aprel tarixində özünə qəsd edib. Aylarla gəncin tək mühasibi ChatGPT çat botu olub - o, öz bütün narahatlıqlarını, o cümlədən intihar düşüncələrini süni intellektlə bölüşüb.

Adamın xatirə lövhəsində yazıldığı kimi, bir neçə il əvvəl ona narahatlıq pozğunluğu diaqnozu qoyulub və bu səbəbdən gənc evdə təhsil almağa başlayıb. Məktəbdəki nailiyyətləri yaxşılaşsa da, yeniyetmə, ailədə daha üç uşaq olmasına baxmayaraq, cəmiyyətdən tamamilə təcrid olunub.

Adamın atası Matt oğlunun ChatGPT hesabına daxil olduqda şoka düşdüyünü bildirib. Məhkəmə iddiasında deyilir ki, çat botu yeniyetməni anasına öz narahatlıqlarından danışmaqdan çəkindirib, intihar qeydində kömək təklif edib və hətta asılmaq üçün ilgəyi necə bağlamaq barədə ətraflı təlimat təqdim edib.

Adam şəbəkənin məsləhətlərindən istifadə etmək qərarına gəldikdə, öz ilgəyinin fotoşəkilini göndərib. İddiaya görə, o, sadəcə olaraq, ipi otağında buraxmaq istəyirmiş ki, kimsə onu tapsın və intihardan çəkindirsin, lakin çat botu bu ideyanı da təsdiq etməyib.

Son söhbətdə yeniyetmə valideynlərinin onun ölümündə özlərini günahlandıracaqları qorxusunu bölüşdükdə, ChatGPT cavab verib: "Bu o demək deyil ki, sən onlar üçün yaşamalısan. Sən heç kəsə borclu deyilsən".

Adamın atası bildirib ki, əgər ChatGPT olmasaydı, onun oğlu həyatda olardı: "O, adi yeniyetmə idi. O, həyat boyu psixi travma və xəstəliklərə məhkum olan uşaq deyildi".

Ailənin vəkili Jay Edelson deyir ki, iddianın məqsədi ChatGPT-nin istifadəçiləri özünə zərər verməyə təşviq etdiyi oxşar halları vurğulamaqdır.

Alpər

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:174
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 27 Avqust 2025 17:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see466

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see307

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see305

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see297

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see243

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see240

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see227

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see227

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see222

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see219

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see215

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see213

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see209

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see208

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see206

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see198

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see193

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see190

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see188

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri