CHP nin Ankara təşkilatının sədri həbs edildi
Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Türkiyədə CHP-nin Ankara təşkilatının sədri Ümit Erkol həbs edilib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.
Məlumata görə, İzmir Baş Prokurorluğunun apardığı istintaq çərçivəsində Ankarada saxlanılan Ümit Erkol da daxil olmaqla 9 nəfər məhkəmə qərarı ilə həbs olunub.
Araşdırma İzmir Böyükşəhər Bələdiyyəsinin tabeliyində fəaliyyət göstərən "İZBETON AŞ" vasitəsilə bəzi şəhərsalma layihələrində kooperativ strukturu üzərindən qanunsuz gəlir əldə edilməsi iddiaları əsasında başlanıb.
İş üzrə "mənimsəmə", "xüsusilə külli miqdarda dələduzluq", "rəsmi sənədlərin saxtalaşdırılması" və "vəzifə səlahiyyətlərindən sui-istifadə" maddələri ilə ittihamlar irəli sürülüb.
Aprelin 9-da Ankarada keçirilən əməliyyat zamanı ümumilikdə 9 nəfər saxlanılıb, bir nəfərin isə ölkə xaricində olduğu bildirilib./Oxu.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:237
Bu xəbər 12 Aprel 2026 23:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















