Icma.az
close
up
RU
CHP Öcalanla görüşə “yox” dedi Ərdoğanın partiyasından REAKSİYA

CHP Öcalanla görüşə “yox” dedi Ərdoğanın partiyasından REAKSİYA

Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Türkiyə parlamentinin Milli Həmrəylik, Qardaşlıq və Demokratiya Komitəsi deputatların PKK terrorçularının lideri Abdullah Öcalanın həbsxanada saxlandığı İmralı adasına göndərilməsi barədə qərar qəbul edib. Qeyd olunur ki, 53 deputatdan 32-si lehinə, 30-u əleyhinə, 3-ü isə bitərəf qalıb. 

Görüşün nəticələri, eləcə də CHP-nin nümayəndə heyətinə qoşulmaması maraq doğuran məsələlərdir.

Modern.az-a açıqlamasında Türkiyə Böyük Millət Məclisinin hakim Ədalət və İnkişaf Partiyasının üzvü Şamil Ayrım bildirib ki, hökumət və bir çox partiyalar Türkiyədə davamlı sülh üçün lazım olan bütün addımları atırlar:

“Təqribən 3 ay Türkiyə Böyük Millət Məclisində qurulan komissiya bir sıra görüşləri həyata keçirib. Dövlət Baxçalının İmralıya getməklə bağlı fikrindən və bunun cənab Prezidentimiz tərəfindən də dəstəklənməsindən sonra İmralıdan PKK terror təşkilatının başçısı tərəf olaraq qəbul edildi. Dolayısı ilə PKK terror təşkilatının başçısı ilə görüş  lazım gəldi.

Türkiyədə davamlı sülh üçün nə lazımdırsa, hökumət, bir çox siyasi partiya addım atmağa çalışır. Vətəndaşlarımızın 100%-nə yaxını terrorun artıq bitməsini, resursların daha terrorla mübarizəyə xərclənməməsini istəyir. Bizim üçün bu çox vacibdir. Görüşdən sonra müəyyən açıqlamalar olacaq, indidən nəsə demək düzgün olmazdı. Amma orada böyük ehtimalla irəlidəki  əngəllərlə bağlı bir sıra  nüanslar müzakirə edilə bilər. Cənab prezidentimiz bu mövzuda çox qərarlıdır. Dövlət Baxçalı da eyni şəkildə qərarlı mövqe tutur. Heyətin müəyyənləşməsi önəmli idi”.

Ş.Ayrım CHP-nin nümayəndə heyətinə qatılmamasını doğru saymadığını deyib:

“CHP bu heyətə millət vəkili vermədi, 4 partiya görüşə gedir. CHP tərəfinin də özlərinə görə səbəbləri var. Türkiyədə təqribən 40-45 il ərzində aparılan terrorla mübarizə zamanı şəhidlər verdik. Bu illər ərzində Öcalana terrorçubaşı, uşaq qatili dedik. Bunun izlərini bir anda silib atmaq asan deyil. CHP də mənə görə bu məsələdə siyasətini ön plana çıxardı. Bu mərhələdə mən bunu doğru hərəkət saymıram. Görüşlər aparılardı. Nəticədə, bütün bu görüşlərin ardından qarşıdakı dövrdə parlament bu istiqamətdə müəyyən qanunlar qəbul edəcək. Hələlik görüş heyətinin nə ilə gələcəyini bilmirik. Bütün bunlara baxdıqda Türkiyənin ana müxalifət partiyası olan CHP-nin daha sağlam düşüncəli davranması lazımdır.  Həm də sual yaranır, yaradılan komissiyanın tərkibində CHP indiyə kimi niyə qalır? Hətta komissiyadakı vəzifələrinə davam edəcəkləri ilə bağlı açıqlamaları da mövcuddur. Lakin bununla bərabər halqanın bir tərəfində yoxdurlar. Ona görə bu, CHP-nin təbii ki, öz qərarıdır, nəsə deyə bilmərəm. Görüşdə iştirak etməmə səbəblərini yəqin ki, onlar özləri açıqlayarlar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:279
embedMənbə:https://modern.az
archiveBu xəbər 22 Noyabr 2025 15:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri