Icma.az
close
up
RU
CHP tarixi missiyasını bitirdi ŞƏRH

CHP tarixi missiyasını bitirdi ŞƏRH

Sherg.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bu təşkilat artıq Atatürkün qurduğu partiya deyil


“CHP elektoratı da mənəvi təmizlənməyə ehtiyac duyur” 

Türkiyənin ana müxalifəti sayılan Cümhuriyyət Xalq Partiyasında (CHP) qalmaqal böyüməkdədir. CHP-nin İstanbul başqanı Özgür Çelikin məhkəmə qərarı ilə vəzifəsindən kənarlaşdırılaraq yerinə müvəqqəti rəhbər kimi Gürsel Tekinin təyin olunması Türkiyə siyasi gündəminin əsas mövzusuna çevrilib. Məhkəmə qərarının əsas səbəbi kimi CHP-nin İstanbul təşkilatının qurultayında qanun pozuntuları olduğu iddia edilib. Məhkəmə bu iddiaları əsas gətirərək qurultayı ləğv edib və Özgür Çeliklə birlikdə bütün idarə heyətini vəzifədən kənarlaşdırıb. Onların yerinə Gürsel Tekin və bir neçə şəxs təyin olunub. 

Bu qərar yalnız CHP daxilində deyil, bütün ölkə siyasətində müzakirələr doğurub. CHP sədri Özgür Özəl partiyanın İstanbul şöbəsinə gələrək bildirib ki, təmsilçisi Özgür Çelikdir və o, hələ də vəzifəsinin başındadır. Özəl bu bəyanatı ilə məhkəmə qərarını rədd etdiklərini açıq şəkildə ifadə edib. CHP-nin 81 vilayət sədri də birgə açıqlama ilə Özgür Çelikə dəstək verərək, qərarı siyasi təzyiq kimi qiymətləndiriblər. Dövlət qurumlarının məsələyə reaksiyası isə sərt olub. Daxili işlər naziri Ali Yerlikaya CHP rəhbərliyinin çağırışlarını "hüquqa meydan oxumaq" kimi qiymətləndirib: "Məhkəmə qərarlarını yox saymaq, xalqı küçələrə çağırmaq açıqca qanunları tapdalamaqdır. Dövlət qanunsuz hərəkətlərə qarşı qəti mövqe sərgiləyəcək. Heç kim qanunların fövqündə deyil". Ədliyyə naziri Yılmaz Tunç isə bildirib ki, baş verənlərlə bağlı İstanbul Baş Prokurorluğu artıq istintaqa başlayıb. Türkiyəli ekspertlər CHP-nin parçalanma ərəfəsində olduğunu, partiya üzvlərinin yeni siyasi təşkilat barədə düşündüklərini iddia ediblər. 


Politoloq Azər Qasımov Sherg.az-a deyib ki, Türkiyənin ana müxalifət partiyası CHP artıq öz tarixi missiyasını yerinə yetirib. Ekspert vurğulayıb ki, Atatürkün Türkiyənin müasir tarixində yeri böyükdür: 

"Tarixin ən çətin dövründə imperiyaların dağıldığı və yeni dövlətlərin yarandığı keçən əsrin əvvəllərində Türkiyə Cümhuriyyətinin yaranması, sonrakı illərdə boğazların statusu, İkinci Dünya müharibəsi zamanı Türkiyənin bu müharibədən kənar tutulmasında Atatürk və onun yaratdığı CHP-nin mühüm rol oynaması danılmaz faktdır. Sonrakı proseslərdə Türkiyə dövlətinin öz içinə qapanması, daxili qeyri-stabillik, hərbi çevrilişlər, xarici vəsatət mərkəzlərinin hegemonluğu Türkiyə və CHP-yə güc itkisinə başa gəldi. Bu, cəmiyyətdə CHP-nin nüfuzunu aşağı saldı. Onillərdir ki, CHP artıq seçkilərdə hakimiyyətə gələ bilmir. CHP-li bələdiyyələrin rəhbərlərinin rüşvət olayları da onu göstərdi ki, GHP artıq Atatürkün qurduğu partiya deyil. Bu vəziyyət Türkiyənin həyati məsələlərində CHP-nin fərqli mövqedən çıxış etməsində də özünü göstərdi. Məsələn, 2016-cı il FETÖ hadisələrində CHP başçısı Kamal Kılıçdaroğlunun hərəkətləri buna misal idi". 


A.Qasımovun fikrincə, Özgür Özəl rəhbərliyindəki CHP-nin rüşvət və partiyadaxili çəkişmələrə düçar olması onun artıq bir partiya kimi deqradasiyaya uğradığının bariz nümunəsidir: 

"Hesab edirəm ki, CHP yol ayrıcındadır. CHP ya Atatürk ideallarına sadiq qalıb yenidən topralanmalı, ya da kiçik qruplara bölünərək  kiçilməlidir. Bu isə CHP-nin yox olması deməkdir. CHP elektoratının da mənəvi təmizlənməyə ehtiyacı var. Onlar da Türkiyənin hakim partiyasının əldə etdiyi uğurlara sevinmək gücünü özlərində tapmalıdırlar. Özlərini hakimiyyətə müxalif hesab edib Türkiyə dövlətini zərbə altında qoymamalıdırlar. Son iğtişaşlar da bu qəbildəndir".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:168
embedMənbə:https://sherg.az
archiveBu xəbər 11 Sentyabr 2025 12:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see380

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see376

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see348

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see310

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see256

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see250

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see230

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see218

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see211

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see205

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see205

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see204

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see179

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see169

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see168

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see167

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see166

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see166

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see166

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri