Icma.az
close
up
RU
Ciddi münasibətə yaramayan 4 bürc

Ciddi münasibətə yaramayan 4 bürc

Icma.az bildirir, Yenisabah portalına istinadən.

Müasir dövrdə münasibətlər və onların qurulma forması daha çox fərdiyyətçi yanaşmalarla formalaşır. Bəziləri üçün evlilik həyatın ən gözəl hissəsi sayılır, bəziləri isə ciddi münasibətlərə qarşı tamamilə laqeyd və uzaq dayanırlar. Astroloji təhlillərə əsasən, bəzi bürclər var ki, onlar üçün sevgi sadəcə bir hiss olaraq yaşanmalı, amma evlilik və uzunmüddətli öhdəliklərdən uzaq olmalıdır. Dünya mətbuatında yayımlanan astroloji analizlər bu bürclərin hansı xüsusiyyətlərlə ciddi münasibətlərdən qaçdıqlarını aydın şəkildə ortaya qoyur.

Yenisabah.az evlilikdən uzaq duran bürcləri təqdim edir:

Dolça

Dolçalar azadlığı münasibətdən üstün tutur. Astroloji qaynaqlarda qeyd olunur ki, Dolça bürcünün nümayəndələri üçün münasibətlərdə sərhədlər və qaydalar olduqca sıxıcı görünür. Onlar sərbəstliyi, şəxsi məkan və zaman anlayışını münasibətin önündə tuturlar. Dolçalar üçün sevgi daha çox dostluq və intellektual bağlılıq üzərində qurulmalıdır. Evliliyin isə bu sərbəstliyi məhdudlaşdırdığına inandıqları üçün, çox zaman ondan qaçmağa meyilli olurlar. Onlara görə, münasibət qarşılıqlı hörmət və azad seçim üzərində qurulmalıdır, hüquqi bağla deyil.

Oxatan

Oxatan bürcünün nümayəndələri səyahətə, yeniliklərə və dəyişkənliyə meyilli xarakter daşıyırlar. Astroloji mənbələrdə bu bürcün ciddi münasibətlərə qarşı olan skeptik mövqeyi geniş şəkildə vurğulanır. Onlar üçün həyat tək bir insanla paylaşmaqdan çox, müxtəlif insanlarla təcrübə yaşamaq və fərqli hissləri kəşf etməkdir. Bu səbəbdən, evlilik və sevgililik kimi “sabit sistemlər” onları sıxır və azadlıqlarını məhdudlaşdırır. Onların münasibət anlayışı sərbəstlik, macəra və emosional yüngüllük üzərində quruludur.

Əkizlər 

Əkizlər bürcü zodiakın ən dəyişkən və qərarsız bürclərindən biri hesab olunur. Onlar maraq dairələri tez-tez dəyişdiyinə görə, bir insanla uzun müddət emosional bağlılıq saxlamaq onlar üçün çətin ola bilər. Dünya mətbuatında yayımlanan astroloji araşdırmalar göstərir ki, əkizlər daimi yenilik axtarır və uzunmüddətli münasibətlərdə darıxmağa başlayırlar. Onlar üçün münasibət gərgin emosional bağlılıqdan çox, əyləncə, ünsiyyət və hər gün yeni bir şey öyrənmək üzərində qurulmalıdır.

Qoç 

Qoç bürcü münasibətlərə çox güclü və ehtiraslı başlayır. Lakin bu bürcün nümayəndələri çox zaman emosional dərinlikdən və uzunmüddətli öhdəliklərdən uzaq qalır. Astroloji platformalarda yer alan məlumatlara əsasən, qoç üçün münasibət, əgər kifayət qədər dinamik və maraqlı deyilsə, tez bir zamanda cazibəsini itirə bilər. Onlar hər zaman yeni həyəcan, yeni başlanğıc və yeni çağırış axtarırlar. Bu səbəbdən, evlilik kimi sabit və strukturlaşdırılmış sistemlər onlara uyğun gəlmir.

Nazim Hacıyev


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 23 May 2025 13:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see694

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see574

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see321

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see293

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see290

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see279

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see279

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see256

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see253

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see246

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see245

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see243

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see242

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see239

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see238

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see238

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see232

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

25 Noyabr 2026 22:56see219

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see211

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri