Icma.az
close
up
RU
Cığır MDİD İB nin “Qiraət mədəniyyətinin formalaşdırılması” layihəsinin açılışı olub FOTOLAR

Cığır MDİD İB nin “Qiraət mədəniyyətinin formalaşdırılması” layihəsinin açılışı olub FOTOLAR

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

2 iyun 2025-ci il tarixində "Cığır" MDİD İB-nin QHT-lərə Dövlət Dəstəyi Agentliyinin qrant müsabiqəsində qalibi olduğu “Qiraət mədəniyyətinin formalaşdırılması” layihəsinin rəsmi açılış tədbiri “Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyi"ndə böyük coşqu və geniş ictimai iştirakla keçirildi.

"Cebheinfo.az" xəbər verir ki, tədbir “Cığır” MDİD İctimai Birliyi tərəfindən həyata keçirilən sosial və mədəni layihələri əks etdirən videoçarxların nümayişi ilə başladı. Açılışın ilk anlarından etibarən tədbir iştirakçıları Sözün, Kitabın və Dəyərlərin mərkəzində olduğu ilhamverici bir atmosferə daxil oldular. Səhnədə gənc memar Elbəyin Nizami Gəncəviyə ithaf etdiyi poetik kompozisiya tədbirə bədii ruh və dərinlik qatdı. Ardınca səhnəyə çıxan  layihənin aparıcısı “Qiraət”in ideyasını fəlsəfi müstəvidə təqdim edərək qonaqları salamladı.

Birliyin təsisçisi, filologiya üzrə fəlsəfə doktoru Yeganə Mirzəyeva səhnəyə dəvət olundu. Dəyərli çıxışı zamanı o, oxu mədəniyyətinin insan ruhunun formalaşmasında, mənəvi inkişafda və gənclərin şəxsiyyət kimi yetişməsində əvəzsiz rolunu vurğuladı. Onun “Oxumaq – insanın özünü tanımasının ən nəcib yoludur” fikri alqışlarla qarşılandı. Tədbirin fəxri qonaqlarından biri – Türkiyənin Azərbaycandakı səfirliyinin Din Xidmətləri Müşaviri İhsan Açık çıxışında “Oxu”nun İslam düşüncə sistemindəki yerindən danışaraq qeyd etdi ki, ilk əmri “Oxu!” olan bir dinin mənsubu olaraq belə təşəbbüslər hər birimizin dəstəyini qazanmalıdır. O, “Cığır” İctimai Birliyinin bu sahədəki fəaliyyətlərini yüksək qiymətləndirdi.

Tədbirdə iştirak edən Azərbaycan Respublikası Milli Məclisinin deputatı Razi Nurullayev  də çıxış edərək, “Oxu” mədəniyyətinin sadəcə təhsil deyil, bütövlükdə cəmiyyətin inkişafı üçün həlledici rol oynadığını vurğuladı. Deputat qeyd etdi ki, bu layihələr vasitəsilə təkcə bilik deyil, həm də mənəviyyat aşılanır, bu isə gələcək nəsillərin sağlam təməl üzərində yetişməsi üçün ən mühüm zəmin yaradır. Eyni zamanda tədbirdə çıxış edən digər qonaqlar – təhsil və mədəniyyət sahəsində fəaliyyət göstərən ictimai fəallar da layihəni cəmiyyət üçün dəyərli təşəbbüs adlandıraraq, oxu və kitab sevgisinin ailədən, məktəbdən və belə layihələrdən başladığını qeyd etdilər.

Tədbirin digər hissəsində “Kitab ətri” silsilə layihəsinin 10 illik fəaliyyətini əks etdirən video təqdimat, əvvəlki layihələrin qaliblərinin çıxışları, “Balaca Şahzadə” əsərindən səhnəcik, eləcə də layihənin rəhbəri Günel Babayevanın layihə haqqında təqdimatı yer aldı. Günün sonunda iştirakçılara “Söz” hədiyyəsi təqdim olundu və bir daha qeyd edildi ki, bu layihə təkcə oxumağı deyil, oxuduqlarımızı hiss etməyi, düşünməyi və dəyişməyi hədəfləyir. “Cığır” İctimai Birliyi layihəyə göstərdiyi dəstəyə görə QHT-lərə Dövlət Dəstəyi Agentliyinə, tədbirin təşkilində verdiyi dəstək üçün “Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyi"nə, tədbirdə iştirak edən bütün qonaqlara və layihəyə könüldən qatılan hər kəsə təşəkkürünü bildirdi.

"Cebheinfo.az"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 04 İyun 2025 20:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see250

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see238

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see220

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see201

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see174

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see172

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see172

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see157

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see156

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see156

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see155

Azərbaycanda daha 5 audit şirkətinə lisenziya verilib

24 Yanvar 2026 18:13see148

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see144

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see143

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see143

Tramp ABŞ ordusunun gizli silahının adını açıqladı

24 Yanvar 2026 23:36see139

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see138

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see138

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see137

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri