Icma.az
close
up
RU
Qiraət mədəniyyətinin formalaşdırılması” layihəsi uğurla baş tutdu FOTOLAR

Qiraət mədəniyyətinin formalaşdırılması” layihəsi uğurla baş tutdu FOTOLAR

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

“Cığır” mənəvi dəyərlərin inkişafına dəstək ictimai birliyinin Azərbaycan Republikasının Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyata keçirdiyi “Qiraət mədəniyyətinin formalaşdırılması” layihəsi iyun-avqust aylarında uğurla baş tutdu.

"Cebheinfo.az" QHT.az-a istinadən xəbər verir ki, layihənin Bakı üzrə açılış tədbiri iyun ayında “Türkiyə Dəyanət Vəqfinin Bakı Türk Liseyi”ndə, İsmayıllı rayonu üzrə “Uşaq və Ailələrə Dəstək Mərkəzində”, Ağdaş rayonu üzrə Heydər Əliyev Mərkəzində, Quba rayonu üzrə isə Quba Regional QHT-lərin Resurs və Təlim Mərkəzi İB- də həyata keçirildi. Rəhbəri Günel Babayevanın olduğu layihənin əsas məqsədi gənclər, yeniyetmələr və uşaqlar arasında araşdırmaya olan maraq səviyyəsinin artırılması və oxu mədəniyyətinin təşviq olunması idi. Bu baxımdan layihə müddətində onların yaradıcı və tənqidi düşüncəyə yiyələnməsinə, təbiətlə təcrübə və müşahidəyə əsaslanan ünsiyyət nəticəsində axtarış eşqi canlanmasına, kitab oxumağa maraqlarının artmasına çalışdıq. Layihə çərçivəsində Birliyimizin təsisçisi, Bakı Dövlət Universitetinin İslamşünaslıq Elmi Tədqiqat Mərkəzinin aparıcı elmi işçisi, fil.ü.f.d. Yeganə Mirzəyeva tərəfindən layihə könüllülərinə üç hissədən ibarət, “Mütaliə İşığında Axtarış Eşqi”, “Yaradıcı düşüncə”, “Sözün İşığı: Nitq və Yazı Bacarıqlarının İnkişafı” mövzularında təlimlər keçirildi. Təlim keçmiş könüllülər uşaq və yeniyetmələrlə birlikdə “Balaca şahzadə” kitabının mütaliəsini etdilər. Mütaliələr Bakı, İsmayıllı, Ağdaş, Quba- Xaçmaz bölgələri üzrə canlı və onlayn şəkildə həyata keçirildi. Təlim və mütaliələrdə iştirak edən gənclərə, uşaq və yeniyetmələrə “Balaca şahzadə” kitabı paylandı. Layihə sonunda uşaq və yeniyetmlərlə müsabiqə edilərək, qaliblər seçildi. Layihənin avqust ayında Bakı və bölgələr üzrə bağlanış tədbiri keçirildi, qaliblərə və aktiv iştirakçılara kitablar və sertifikatlar hədiyyə olundu. Ardınca isə layihə çərçivəsində Birliyin daxilində yaradılmış kitabxananın təqdimatı oldu. Uşaq və gənclərin kitabxanadan faydalanmaları üçün şərait yaradıldı.

Qeyd etmək istəyirik ki, layihə çərçivəsində könüllülərlə təbiətlə təcrübə və müşahidəyə əsaslanan ünsiyyət nəticəsində axtarış eşqi canlanması istiqamətində, eləcə də “Balaca şahzadə” kitabını təfəkkür etmək üçün palçıq vulkanına və Samur-Yalama Milli parkına səfər təşkil olunmuşdur.

QHT layihənin uğurlu icrasında göstərdiyi dəstəyə görə Azərbaycan Republikasının Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə, bölgələr üzrə keçirilən tədbirlərdə şərait yaratdıqları üçün rayon icra hakimiyyətlərinə təşəkkür edib.

"Cebheinfo.az" 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:66
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 03 Sentyabr 2025 21:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri