Çili Peru ilə sərhəddə xəndək qazır, hasar tikir Qanunsuz miqrasiya ilə mübarizə
Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Çilinin dövlət başçısı Xose Antonio Kastanın irəli sürdüyü qeyri-qanuni miqrasiyaya qarşı tədbirlər çərçivəsində ölkənin Peru ilə sərhəd zolağında dərin xəndəklərin qazılmasına başlanılıb.
Oxu.Az xəbər verir ki, bu barədə yerli "Canal 13" telekanalı məlumat yayıb.
Bildirilib ki, qazıntı prosesi Çakalluta sərhəd nəzarət məntəqəsinin ətrafında həyata keçirilir. Bu prosesə 20 ağır texnika və 500 yük avtomobili cəlb edilib.
Çili hökumətinin rəsmi internet səhifəsində bildirilib ki, rəhbərlik şimal hüdudları boyunca, xüsusən yüksək miqrant axını müşahidə edilən bölgələrdə karvanların və avtomobillərin hərəkətini əngəlləmək məqsədilə 3 metr dərinliyində xəndəklər qazmağı və 5 metrlik hasarlar inşa etməyi planlaşdırıb. Sərhəd xəttinə nəzarət üçün pilotsuz uçuş aparatları (dronlar) da tətbiq ediləcək.
Xose Antonio Kast mart ayının 11-də Çilinin prezidenti kimi fəaliyyətə başlayıb. Dövlət rəhbərinin seçki zamanı vədləri sırasında qeyri-qanuni miqrasiya və kriminal hallara qarşı mübarizəni gücləndirmək də yer alırdı.
Onun andiçmə mərasiminin ardınca imzaladığı ilk sərəncamlar həmçinin Peru və Boliviya ilə sərhəd bölgələrində təhlükəsizlik addımlarının sərtləşdirilməsini əhatə edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:181
Bu xəbər 17 Mart 2026 14:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















