Icma.az
close
up
RU
Çimərliklərə getmək istəyənlər mütləq OXUSUN: Bu, xilasedicilərin borcu deyil

Çimərliklərə getmək istəyənlər mütləq OXUSUN: Bu, xilasedicilərin borcu deyil

Icma.az, News24 saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Çimərliklərdə bu kimi hallar baş verən zaman fövqəladə hallarda xilasedicilərin davranışının qiymətləndirilməsi zamanı bir sıra vacib amillər nəzərə alınmalıdır. Hər hansı bir təxirəsalınmaz vəziyyətdə insan həyatının təhlükə altında olması ilkin müdaxilənin və yardımın təmin olunmasını zəruri edir. Bununla yanaşı, bəzi hallarda hadisənin xarakteri xilasedicilərin birbaşa funksional vəzifələrini aşır. Xüsusilə zəhərli ilan kimi təhlükəli canlılarla təmas xüsusi hazırlıq və bilik tələb etdiyindən, bu kimi situasiyalarda müdaxilə müvafiq ixtisaslaşmış xidmət orqanları tərəfindən həyata keçirilməlidir. Belə vəziyyətlərdə xilasedicilərin tərəddüd etməsi və ya dərhal müdaxilə etməməsi məsuliyyətsizlik kimi dəyərləndirilə bilməz".

Bu fikirləri News24.az-a açıqlamasında təhlükəsizlik məsələləri üzrə ekspert Orxan Musayev deyib. 

Onun sözlərinə görə, bu cür hallar əsasən profilaktik tədbirlərin vaxtında və yetərli səviyyədə həyata keçirilməməsi ilə əlaqəlidir:

"Bu baxımdan birinci dərəcəli məsuliyyət çimərlik sahələrinin idarəedicisi olan operatorların üzərinə düşür. Çimərlik mövsümünə hazırlıq mərhələsində əraziyə nəzarət və monitorinq işləri aparılmalı, potensial risk daşıyan zərərvericilərə qarşı planlı dezinfeksiya tədbirləri görülməlidir. Bununla yanaşı, əhalinin məlumatlandırılması və maarifləndirilməsi istiqamətində tədbirlər həyata keçirilməlidir".

Ekspert, profilaktik tədbirlərin laqeyd qalması xilasediciləri funksional səlahiyyətlərini aşan situasiyalarla üzləşdirə bilər ki, bu da təhlükəsizlik sistemində struktur və təşkilati boşluqların üzə çıxarmasını xüsusi ilə qeyd edib. Belə hallarda konkret hadisəyə verilən reaksiya deyil, ümumi təhlükəsizlik zəncirindəki koordinasiya problemləri araşdırılmalı və aidiyyəti qurumlar tərəfindən kompleks yanaşma əsasında tədbirlər həyata keçirilməlidir- deyə o əlavə edib.

Xeyrənsə Piriyeva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://news24.az
archiveBu xəbər 15 İyul 2025 21:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see258

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see161

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see138

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see138

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see134

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see132

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see128

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri