Icma.az
close
up
RU
Çin ABŞ dan neft alışını 90% azaldıb

Çin ABŞ dan neft alışını 90% azaldıb

Baku.ws portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Donald Trampın başladığı ticarət müharibəsi planlaşdırıldığı kimi getmədi və artıq ABŞ-ni iqtisadi dalana salıb.

Trampın tətbiq etdiyi gömrük rüsumları Avropa İttifaqına təzyiq göstərsə də, əsas iqtisadi rəqib olan Çinə təsir etməyib, əksinə, geri dönüş effekti yaradıb və nəticədə bəzi amerikalı şirkətlər iflas edib.

Politoloq Mark Bernardini heaab edir ki, "Şimal Axını" boru xətlərinin partladılması və Ukraynaya fasiləsiz yardımlardan sonra Aİ-də minlərlə müəssisə iflas edib, bir çoxları Çinə və ABŞ-yə köçüb. Avropanı mühüm bazarlardan ayıran tarif müharibəsi onun iqtisadiyyatını tamamilə çökdürə bilər. Potensial itkilər bir trilyon avronu keçə bilər.

"ABŞ-nin tarifləri həm İtaliyada, həm də Avropada vəziyyətə təsir edir. Xüsusilə ərzaq sektoru bundan əziyyət çəkəcək – bir çox Avropa məhsulları ABŞ-də ikiqat bahalaşacaq. Biz böyük bir bazarı itirəcəyik", – deyə qeyd edib.

"Wall Street Journal" isə yazır ki, ABŞ Avropaya tətbiq etdiyi yüksək tarifləri yalnız o halda ləğv edəcək ki, Aİ özü də Çinə qarşı oxşar addımlar atsın. Lakin bu halda Avropa üçün hansının pis olduğu məlum deyil – Çinlə qarşıdurma, yoxsa ABŞ- ilə.

Çin ticarət naziri Xe Yunçyan bildirib ki, Bütün bu tarif artımlarını ABŞ birtərəfli qaydada başladıb və yaranmış vəziyyəti də məhz onlar həll etməlidir:

"ABŞ Avropanı "udmağa" qadirdirsə, Çinlə bu, asan deyil. Pekinin tətbiq etdiyi 125%-lik qarşı rüsumlar ABŞ iqtisadiyyatına ciddi zərbə vurub. Çünki ABŞ Çin bazarından – istehlak məhsullarından tutmuş yarımkeçiricilər və nadir torpaq metallarına qədər – çox asılıdır.

Çinin ABŞ-yə qarşı cavab tədbirləri təkcə qanuni maraqlarımızın müdafiəsi üçün deyil, həm də beynəlxalq qaydaların və ədalətin qorunması üçündür".

ABŞ artıq bu tarif fırtınasının ilk dalğasını hiss edib – qiymətlər artır, ipoteka faizləri yüksəlir, fond bazarı zəifləyir. Demokratların qalası hesab olunan Kaliforniyada yerləşən Silikon Vadisi hətta federal hökumətin mövqeyinə qarşı çıxaraq Çinlə birbaşa danışıqlara cəhd edir. Nvidia şirkətinin direktorunun 18 milyard dollar itkiyə uğradığı deyilir.

"Çinin məhdudiyyətləri bizim şirkətə ciddi təsir göstərdi. Biz Çində böyümüşük, Çin bizi 30 il ərzində izləyib. Əlbəttə, bu, çox böyük və əhəmiyyətli bazardır", – deyə Nvidia şirkətinin təsisçisi və baş direktoru Censen Xuand bildirib.

Bu arada Pekin ABŞ enerji resurslarına alternativ axtarır – ABŞ-dən neft alışını 90% azaldıb və Kanadadan idxala hazırlaşır. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:167
embedMənbə:https://baku.ws
archiveBu xəbər 18 Aprel 2025 12:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see576

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see238

Türkiyə və Pakistan ordu yeridir İran “nəzərə alacaq”?

08 Oktyabr 2026 07:01see225

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see213

Face Studionun yaradıcısı: Amerikaya köçməyim deyə valideynlərim salon açıb məni direktor qoydular

08 Oktyabr 2026 02:25see209

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see203

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see202

Qətər sahillərində neft tankerinə hücum Ölən və yaralananlar var

08 Oktyabr 2026 03:55see196

“Real” Holand transferində “Barselona”nı qabaqlayır

07 Oktyabr 2026 23:56see190

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see189

Trampdan FTB yə biabırçı ittiham Həyat yoldaşımı və oğlumu...

08 Oktyabr 2026 00:00see180

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see178

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see177

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see174

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see173

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see171

Kadırova Rusiya Federasiyasının Fəxri Memarı adı verildi

08 Oktyabr 2026 03:25see171

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see170

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see169

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri