Icma.az
close
up
RU
Çin ABŞ ın rüsumlarından azad ediləcək malların siyahısını hazırlayıb

Çin ABŞ ın rüsumlarından azad ediləcək malların siyahısını hazırlayıb

Icma.az, Ayna portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Siyahı barədə şirkətlər özəl məlumatlandırılır

Çin hazırkı 125 faizlik tariflərdən azad olunacaq Amerika mallarının siyahısını hazırlayıb və bu barədə şirkətləri özəl məlumatlandırmağa başlayıb. AYNA.AZ xəbər verir ki, bu barədə “Reuters” iki mənbəyə istinadən məlumat yayıb.

Agentliyin mənbələrindən biri, Amerika dərmanlarının satışı ilə məşğul olan əczaçılıq şirkətinin nümayəndəsi bildirib ki, Çin hakimiyyəti onun şirkəti ilə birbaşa əlaqə saxlayıb. Mənbənin sözlərinə görə, şirkət əvvəllər bəzi dərmanların istehsalında Amerika texnologiyasından istifadə etdiyi üçün rüsumlardan azad olmaq üçün müraciət etmişdi.

Başqa bir mənbə bildirib ki, Çinin şərqində səlahiyyətlilər xarici şirkətləri təmsil edən lobbi qrupundan ticarət məhdudiyyətlərinin yaratdığı kritik vəziyyətlər barədə məlumat vermələrini xahiş ediblər. Bundan əlavə, ABŞ və Çinin tətbiq etdiyi tariflərin təsirini qiymətləndirmək üçün cənub-şərqdəki tekstil və çip istehsalçılarına sorğu göndərilib.

“Reuters” qeyd edir ki, bu yanaşma Pekinə Vaşinqtonun 145 faizlik tarifləri endirmədiyi təqdirdə ABŞ-a qarşı sərt ictimai mövqeni qoruyub saxlamağa imkan verir. Bununla yanaşı, hakimiyyət praqmatik addımlar atır, mümkün güzəştlərə zəmin hazırlayır.

Aprelin 2-də Tramp ABŞ-ın ticarət tərəfdaşlarının böyük əksəriyyətinə aprelin 5-dən etibarən ticarət tarifləri tətbiq ediləcəyini açıqlayıb. Xüsusilə, Aİ-yə üzv ölkələrdən idxala 20% rüsum tətbiq ediləcəyini bildirib. Böyük Britaniyaya münasibətdə söhbət 10%, bir sıra ölkələr üçün təxminən 40% və ya daha çox olur.

Aprelin 9-da ABŞ Prezidenti 75-dən çox ölkəyə tariflərin tətbiqini 90 günə təxirə salıb. Eyni zamanda, Çinə tətbiq edilən tarifləri 145%-ə çatdırıb. Tezliklə Çin ABŞ-dan gələn mallara idxal rüsumlarının növbəti artımını elan etdi - 125%-ə qədər. Avropa İttifaqı Amerika mallarına 25%-lik rüsumların tətbiqini 90 gün müddətinə təxirə salıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:194
embedMənbə:https://ayna.az
archiveBu xəbər 01 May 2025 08:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see367

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see325

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see287

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see263

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see260

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see251

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see240

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see234

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see232

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see219

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see215

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see213

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see211

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see208

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see207

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see202

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see202

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see195

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see195

“PAŞA Sığorta”nın yeni mobil tətbiqi istifadəyə verilib

18 Noyabr 2026 12:12see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri