Çin avtmobil idxalçısı “BYD Motors Baku” hakim qarşısında
Tribuna portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
- +
Çində təsis edilən BYD (Build Your Dreams) avtomobillərinin Azərbaycana idxalı və servisi üzrə müştərilərə xidmət göstərən “BYD Motors Baku” MMC ilə bağlı cərimə protokolu tətbiq edilib.
Tribunainfo.az xəbər verir ki, avtomobil mərkəzinin İnzibati Xətalar Məcəlləsinin gömrük qaydaları əleyhinə olan 485.2-ci maddəsini pozduğu məlum olub. Tələbi pozulan maddəyə əsasən, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə, vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.
“BYD Motors Baku” ilə bağlı iş baxılması üçün Səbail rayon Məhkəməsinə göndərilib. 27 dekabr taxirində hakim Azər Tağıyevin sədrliyi ilə işə baxılacaq.
Qarşı tərəfi dinləməyə hazırıq.
Nigar
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 23 Dekabr 2024 11:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















