Icma.az
close
up
RU
Çin avtomobili alanda nəyə diqqət edilməlidir? Bunları mütləq NƏZƏRƏ ALIN!

Çin avtomobili alanda nəyə diqqət edilməlidir? Bunları mütləq NƏZƏRƏ ALIN!

Avtosfer portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycana avtomobil idxalı 2025-ci ilin ilk 9 ayı ərzində rekord səviyyəyə yüksəlib. Avtosfer.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin (DGK) açıqladığı məlumatlara əsasən, yanvar-sentyabr aylarında ölkəyə ümumilikdə 85 257 ədəd avtomobil gətirilib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 28.6 faiz artım deməkdir. DGK ümumi idxal rəqəmlərini açıqlasa da, avtomobil bazarındakı analitiklər bu kəskin artımın böyük hissəsini Çin markaları ilə əlaqələndirirlər. Münasib qiymətlər, müasir texnologiyalar və dövlətin tətbiq etdiyi güzəştlər (ƏDV və gömrük rüsumundan azadolma) Çin istehsalı olan elektrik və hibrid avtomobillərə marağı sürətləndirib. Ötən ilin statistikasına görə, ölkəyə idxal edilən elektrik və hibrid avtomobillərin bazardakı ümumi payının təxminən 78 faizi məhz Çin modellərinin payına düşüb. 2024-cü ilin sonuna olan məlumata görə, Azərbaycanda 29 456 ədəd Çin istehsalı avtomobil qeydiyyatdan keçib. Bu, əvvəlki illərlə müqayisədə kəskin artım dinamikasının davam etdiyini göstərir. Məsələn, 2022-ci ildə Azərbaycana idxal edilən minik avtomobillərinin sayı illik 43 faiz artaraq 2 888 ədəd təşkil etmişdi. Bazar iştirakçıları arasında Çin avtomobillərinin qiymətinin ucuz olması və rəsmi servis şəbəkəsinin az yayılması səbəbindən keyfiyyətlə bağlı fərqli rəylər mövcuddur. Bəzi alıcılar "20-25 min manata dolu komplektasiyalı keyfiyyətli maşın istehsal etmək mümkün deyil" fikrindədirlər. 
Avtomobil sahəsində tanınmış ekspert, Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının (AADA) İdarə Heyətinin sədri Natiq Zərbəliyev isə bütün Çin avtomobillərinin keyfiyyətsiz olması ilə bağlı deyilənlərlə razılaşmır.

Ekspert bu fikirləri oxu.az-a şərh edərkən alıcıları avtomobil markalarının tarixini araşdırmağa çağırıb: "Ən keyfiyyətli və lüks avtomobillərdə belə zaman-zaman texniki problemlər meydana çıxır. Amma o zaman alıcı ilə həmin şirkət arasında rəsmi servis dayanır və problemi həll edir. Bu gün elə Çin markaları var ki, "Toyota" qədər istehsal tarixi var və məhsulları bazarda keyfiyyətli hesab olunur. Belə şirkətlər rəsmi servislər, ehtiyat hissə təminatı və s. ilə təmin edirlər."
"Elə şirkətlər də var ki, xüsusi layihələr əsasında avtomobil hazırlayır. Təbii ki, bu cür istehsal olunan avtomobillərin keyfiyyəti suallar yaradır. İnternetdən Çindən avtomobil sifariş verib alanlar var. Təbii ki, onlar üçün servis xidməti təşkil olunmur və problemlə üzləşirlər".

Nəqliyyat ekspertləri, ümumilikdə, Çin avtomobillərinin populyarlıq qazanacağını proqnozlaşdırırlar, lakin rəsmi diler şəbəkələri tərəfindən satılmayan avtomobillərdə ehtiyat hissələrinin tapılması və zəmanətli servis xidmətləri ilə bağlı çətinliklərin hələ də mövcud olduğunu qeyd edirlər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:201
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 16 Oktyabr 2025 20:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri