Icma.az
close
up
RU
Çin Azərbaycan iqtisadi əlaqələrində böyük sıçrayışların şahidi olacağıq

Çin Azərbaycan iqtisadi əlaqələrində böyük sıçrayışların şahidi olacağıq

Icma.az, Modern.az saytına istinadən bildirir.

Azərbaycan və Çin arasında iqtisadi-ticari əlaqələr ildən-ilə güclənməkdədir. Azərbaycan Prezident İlham Əliyevin aprelin 22-24-də Çinə səfəri zamanı keçirilən yüksək səviyyəli görüşlər, imzalanan sənədlər iki ölkə arasında münasibətlərin mövcud və gələcək inkişaf səviyyəsi haqqında dolğun təsəvvürlər yaradır.  Səfər çərçivəsində Çin Sədri Si Cinpinin iştirakı ilə Azərbaycan və Çin arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat xüsusi qeyd olunmalıdır. Bundan başqa Bundan başqa ümumvətəndaş pasportlarına malik vətəndaşların vizadan qarşılıqlı azad edilməsi,  texniki-iqtisadi əməkdaşlıq haqqında sazişlər, elm və texnologiya sahələrində əməkdaşlıq haqqında protokol,  Dövlət Neft Fondu ilə Çinin İnvestisiya Korporasiyası arasında Anlaşma Memorandumu, “Bir kəmər, bir yol” təşəbbüsünün birgə təşviqi üzrə Əməkdaşlıq Planı”, sənaye sahəsində əməkdaşlıq haqqında və maneəsiz ticarət üzrə ikitərəfli əməkdaşlığın dərinləşdirilməsinə, həmçinin rəqəmsal iqtisadiyyatda investisiya əməkdaşlığının gücləndirilməsi haqqında anlaşma memorandumları əlaqələrimizin daha da güclənməsinə təkan verəcək çox əhəmiyyətli sənədlərdir”.

Bunu Modern.az-a açıqlamasında Azərbaycan-Çin parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Tahir Mirkişili Prezident İlham Əliyevin Çinin CGTN (China Global Television Network) telekanalına müsahibəsinin bir sıra məqamlarını şərh edərkən bildirib.

Millət vəkilinin sözlərinə görə, iki ölkə arasında ticarət əlaqələrininə dair rəqəmlər ümidvericidir və iqtisadi əməkdaşlıq səviyyəsinin yüksək olduğunu göstərir: “2024-cü ildə iki ölkə arasında xarici ticarət dövriyyəsi 20,7% artaraq 3.7 milyard ABŞ dolları,  birbaşa investisiya dövriyyəsi isə  85,9% artaraq 14 milyon ABŞ dolları təşkil edib.  Çin investorlarının Azərbaycana yatırımlarının həcmi 92,8% artaraq 11,4 milyon ABŞ dolları olub.  Orta Dəhliz layihəsinin vacib hissəsi olan “Bir Kəmər, Bir Yol Təşəbbüsünə” ilk qoşulan və dəstəkləyən Azərbaycan burada təkcəregional tranzit ölkə kimi deyil, bu kəmər üzərində böyük müəssisələr yaratmaqla layihəyə qatqı verən ölkə qismində çıxış edir. Prezident İlham Əliyev müsahibəsində qeyd edilən məsələyə toxunaraq Azərbaycanda investisiya cəlbi üçün institusional şəratinin formalaşmasına diqqəti cəlb edib. Azərbaycan həm qərb, həm şərq müəssisələri üçün əlverişli coğrafiyada yerləşir.  “Transxəzər Şərq-Qərb” Beynəlxalq Nəqliyyat Dəhlizi Çini Mərkəzi Asiya, Qafqaz, Türkiyə vasitəsilə Avropa İttifaqı ilə birləşdirən multimodal nəqliyyat dəhlizidir. Azərbaycan “Orta Dəhliz”in önəmini artırmaq məqsədilə ümumi uzunluğu təxminən 850 kilometr olan Bakı-Tbilisi-Qars dəmir yolu layihəsini həyata keçirib.  Azərbaycanın əsas hissəsini Naxçıvana birləşəcək Zəngəzur dəhlizi layihəsi də “Orta Dəhliz”in imkanlarını daha da artıracaq. Hesab edirəm ki, Çin Zəngəzur dəhlizinin açılmasında maraqlıdır”.

Çinin Azərbaycanın əsas ticarət tərəfdaşı olduğunu qeyd edək T.Mirkişili onu da bildirdi ki, Çin 2024-cü ildə 3,7 milyard ABŞ dolları ilə Rusiyanı geridə qoyaraq Azərbaycanın əsas idxal tərəfdaşına çevrilib.  Hazırda Azərbaycanın xarici ticarət dövriyyəsində Çin 4-cü, idxalında isə 1-ci yerdə qərarlaşıb. Ölkəmiz Çinə neft və neft məhsulları, kimya və plastik sənaye məhsulları, içkilər ixrac edir. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, dünyanın qabaqcıl ölkələrindən olan  Çin iqtisadiyyatı sürətlə inkişaf edir və qazıntı enerji növünə olan tələbatı artır. Çin xam neft və neft məhsulları istehlakı üzrə dünyanın lider ölkələrdəndir. Çin iqtisadiyyatında baş verən dəyişikliklər də dünya bazarında neftin qiymətlərinə təsirsiz ötüşmür.  Bütün bunlar ölkəmizin Çin ilə neft və energetika sahəsində əlaqlərini daha da gücləndirməsini diktə edir.  Hesab edirəm ki, cənab Prezident İlham Əliyevin Çinə səfəri zamanı imzalanan digər mühüm sənəd “Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında ümumvətəndaş pasportlarına malik vətəndaşların vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş”dir.  Azərbaycan ötən il Çin vətəndaşları üçün viza rejimini birtərəfli qaydada ləğv etmişdi. Bu dəfə isə Çin Azərbaycan və onun liderinə dərin etimad, hörmət və diqqət əlaməti olaraq belə bir addım atdı. Hesab edirəm ki, viza rejiminin ləğvi Azərbaycana invesitisiya və turist axınında müsabət dinamika yaradacaq.  Ötən il viza rejimi ləğv ediləndən sonra Çindən ölkəmizə turist axının iki dəfə artması da bunu sübut edir. Cənab Prezident müsahibəsində qeyd etdi ki, il ərzində  150 milyon çinli xaricə səfər edir. Onların cəmi 1 faizi Azərbaycana gəlsə, bizim üçün yetərli olar.  Həqiqətən də, Azərbaycanın qeyri-adi  təbiəti, zəngin mətbəxi, qədim tarixi çinlilər üçün maraqlı və cəlbedicidir.  Bütün hallarda biz qarşıdakı yaxın illərdə Çin-Azərbaycan iqtisadi əlaqələrində böyük sıçrayışların baş verməsinin şahidi olacağıq”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://modern.az
archiveBu xəbər 28 Aprel 2025 20:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see525

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see248

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see240

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see240

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see228

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see225

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see223

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see222

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see212

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see207

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see204

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see201

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see199

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see193

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see173

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see170

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see169

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see168

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see166

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

29 Yanvar 2026 11:00see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri