Icma.az
close
up
RU
2026 cı il iyulun 1 dən idxalı, istehsalı və satışı qadağan olacaq Dövlət Agentliyi məktublar göndərib

2026 cı il iyulun 1 dən idxalı, istehsalı və satışı qadağan olacaq Dövlət Agentliyi məktublar göndərib

Marja.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən elektrik közərmə lampalarının dövriyyəsinə dair yeni qaydalarla bağlı sahibkarlıq subyektləri arasında maarifləndirmə işinə başlanılıb.

Bu çərçivədə Bakı şəhəri və regionlarda fəaliyyət göstərən ümumilikdə 3700-ə yaxın mağazanı əhatə edən 46 ticarət şəbəkəsi və satış obyekti, eləcə də 5 iri ticarət mərkəzi və 1 onlayn satış platformasının rəhbərliyinə mövcud tələblər barədə maarifləndirici məktublar göndərilib.

Qeyd edilib  ki, elektrik közərmə lampalarının dövriyyəsinə dair yeni tələblər “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikasının Qanununa edilmiş 11 aprel 2025-ci il tarixli dəyişiklikdə öz əksini tapıb. Qanunvericiliyə uyğun olaraq, istehsal proseslərində və əsas məqsədi işıqlandırma olmayan məhsullarda xüsusi istifadəsi nəzərdə tutulan közərmə lampaları istisna olmaqla, dəyişən cərəyan dövrəsində işıqlandırma məqsədilə istifadə edilə bilən 60 Vt və yuxarı gücə malik elektrik közərmə lampalarının 2026-cı il yanvarın 1-dən, 25 Vt-dan (25 Vt daxil olmaqla) 60 Vt-a qədər gücə malik lampaların isə 2026-cı il iyulun 1-dən idxalı, istehsalı və satışı qadağan edilib. Həmçinin göstərilən tələblərin pozulmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində də inzibati məsuliyyət müəyyən edilib.

Bundan əlavə, “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 8 oktyabr tarixli Fərmanı ilə sözügedən lampaların satışına münasibətdə inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti Azərbaycan Respublikasının Energetika Nazirliyinə və Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə verilib.

Agentlik sahibkarlıq subyektlərini qanunvericiliyin tələblərinə riayət etməyə və elektrik közərmə lampalarının dövriyyəsinə dair müəyyən edilmiş qaydalara əməl etməyə çağırır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:19
embedMənbə:https://marja.az
archiveBu xəbər 31 Oktyabr 2025 12:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadının dəyişimi hamını şoka saldı VİDEO

29 Oktyabr 2025 19:54see220

Şorba bişirməkdən imtina edən arvadını bıçaqlayıb dərisini soydu

30 Oktyabr 2025 04:15see192

İngiltərə çempionu 90 il sonra bu aqibətlə üzləşdi Antirekord

30 Oktyabr 2025 09:02see177

21 yaşlı Adilin ölüm səbəbi TƏFƏRRÜAT KONKRET

30 Oktyabr 2025 01:01see173

İstanbul sahillərində qayıq və kanoe toqquşdu: Dörd nəfər xilas edildi

29 Oktyabr 2025 21:02see171

Yaponiyanın baş naziri Trampın Rusiya enerji daşıyıcılarının idxalını qadağan etmək xahişini RƏDD ETDİ

29 Oktyabr 2025 20:24see168

Nvidia dünyanın ən dəyərli səhmdar şirkəti oldu

30 Oktyabr 2025 03:45see132

Trampın sərt xəbərdarlığı və Qəzzadakı kövrək atəşkəs: hadisələrin mümkün ssenariləri

29 Oktyabr 2025 20:09see129

Kişilərin ürəyi daha zəif olur Həkim təsdiqlədi

29 Oktyabr 2025 21:09see128

İranın məqsədi nüvə silahı əldə etməkdir ŞƏRH

30 Oktyabr 2025 19:31see126

Pendirin beyinə faydası

29 Oktyabr 2025 22:03see126

Anar Əliyev Naxçıvanda vətəndaş qəbulu keçirib

31 Oktyabr 2025 14:03see125

Çin 2030 cu ilə qədər Aya insanlı eniş etməyi hədəfləyir

30 Oktyabr 2025 16:16see123

Moskvadan Parisin hərbi kontingent yerləşdirmək planına reaksiya

30 Oktyabr 2025 01:07see122

PKK Türkiyəni tərk edir bəs sonra?

30 Oktyabr 2025 10:18see122

Mayonezlə bağlı şok araşdırma Sağlamlığa ciddi təhlükə imiş...

31 Oktyabr 2025 05:06see121

Çinin iqtisadi strategiyasında yenilik: Elektromobillər artıq prioritet hesab edilmir

30 Oktyabr 2025 06:45see119

Lukoyl Azərbaycandakı aktivlərini Putinin oliqarx dostuna satmaq istəyir

31 Oktyabr 2025 01:19see119

Şabran sakinləri təhlükəli vəziyyətlə üz üzə qaldılar

31 Oktyabr 2025 01:36see118

Makron: Konqoya 1,5 milyard avro yardım ayrılacaq

31 Oktyabr 2025 02:05see117
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri