Çin Bankının sabiq rəhbəri edam cəzasına məhkum edilib
Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
“Bank of China”nın Direktorlar Şurasının sabiq sədri və keçmiş partiya katibi Lyu Lyanqe rüşvətxorluğa görə edam cəzasına məhkum edilib.
Bu barədə Çin dövlət mediası məlumat yayıb.
Bununla bağlı Şandonq əyalət məhkəməsi qərar qəbul edib.
Lyanqe günahını etiraf etdiyi, eyni zamanda, mənimsədiyi pul və əmlakın böyük hissəsini qaytardığı üçün hökmün icrası iki il müddətinə təxirə salınıb, bu müddət ərzində o, yeni cinayətlər törətməyəcəyi təqdirdə, edam cəzası ömürlük həbs cəzası ilə əvəz ediləcək. Məhkəmə keçmiş bank sədrinin siyasi hüquqlarından ömürlük məhrum edilməsinə və qanunsuz olaraq əldə etdiyi bütün aktivlərinin müsadirə edilməsinə qərar verib.
Ümumilikdə Lyanqe 17 milyon dollardan çox rüşvət alıb və 3,32 milyard yuandan çox krediti qanunsuz olaraq təsdiqləyib ki, bu da 190 milyon yuandan çox itki ilə nəticələnib.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Baxış sayı:102
Bu xəbər 26 Noyabr 2024 20:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















