Icma.az
close
up
RU
Çin bankları ilə əlaqələr sıxlaşır: Azərbaycanda yuanla kredit ayrılacaq?

Çin bankları ilə əlaqələr sıxlaşır: Azərbaycanda yuanla kredit ayrılacaq?

Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.

Xəbər verildiyi kimi, bir neçə gün əvvəl Azərbaycan və Çin Mərkəzi bankları arasında anlaşma memorandumu imzalanıb. Bu memorandumdan sonra bəzi ekspertlərə görə,  bank sektorunda qarşılıqlı təmaslar fonunda Azərbaycan və Çin arasında kredit xətti yaradıla bilər.

Hesab etmək olarmı ki, ölıəmizdə Çin valyutası ilə kredit ayrıla bilər? Bu, ticarətyönümlü kreditlərin faizinə necə təsir edə bilər? Çinlə Azərbaycan mərkəz bankları arasında əməkdaşlığın qurulması bizə nə qazandıracaq?

Mövzu ilə bağlı iqtisadçı Pərviz Heydərov öz fikirlərini Bakıvaxtı.az-la bölüşüb.

Onun sözlərinə görə, yaxın perspektivdə Çin valyutası ilə kredit tranşlarının açılması gözlənilmir. Lakin hər halda bank sektorları arasında qarşılıqlı təmasların yaranması fonunda Çinlə Azərbaycan arasında biznes əlaqələrini inkişaf etdirən dairələr və biznes strukturları tərəfindən qeyd olunan hal meydana çıxa bilər:

"Çinlə Azərbaycan arasında ticarət və iqtisadi əlaqələri qarşılıqlı şəkildə genişləndikcə, bank sektorları arasında təmasların yaranması məcburi xarakter daşıyır. ABŞ dollarından sonra Çin valyutası dünyada ən aparıcı valyutalardan biri sayılır. İki ölkənin mərkəz bankları arasında əməkdaşlığın qurulması fonunda Azərbaycan- Çin iqtisadi əməkdaşlığı gündən-günə inkişaf edir”.

Pərviz Heydərov: Azərbaycan-Çin qarşılıqlı iqtisadi inkişafı əlavə imkanlar əldə etməyə şərait yaradacaq

Ekspertə görə, Çin məhsullarının Naxçıvan üzərindən Avropaya göndərilməsi kimi tranzit əlaqələri də nəzərə alsaq, qarşıdakı dövrdə Azərbaycanla Çin arasında ticarət əlaqələri daha çox inkişaf edəcək. Onun sözlərinə görə, bu o deməkdir ki, mərkəzi banklar və bank sektoru üzrə əməkdaşlıq vacib məsələyə çevriləcək.

İqtisadçı hesab edir ki, iki ölkə arasındakı qarşılıqlı iqtisadi inkişaf əlavə imkanlar əldə etməyə şərait yaradacaq.

Gülşən Şərif

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 09 Sentyabr 2025 15:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see307

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see254

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see227

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see224

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see194

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see178

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see178

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see161

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see161

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see160

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see159

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see159

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see155

Qızıl daha da bahalaşdı QİYMƏTİ 4900 DOLLARI DA KEÇDİ

22 Yanvar 2026 23:57see153

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see145

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see143

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see142

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see142

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see139

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri