Icma.az
close
up
RU
Çin Cənubi Qafqaz və regionun lideri olan Azərbaycanla münasibətləri gücləndirməyə çalışır

Çin Cənubi Qafqaz və regionun lideri olan Azərbaycanla münasibətləri gücləndirməyə çalışır

525.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Cənub-Şərqi Asiya turnesindən dərhal sonra bu həftə Pekində Azərbaycan və Keniyadan olan həmkarlarını qəbul etməyə hazırlaşan Çin Prezidenti Si Cinpin inkişaf etməkdə olan ölkələrlə diplomatik fəaliyyəti davam etdirir.

525.az “Report” a istinadən xəbər verir ki, müşahidəçilərin fikrincə, Azərbaycan və Keniyanın dövlət başçılarının səfərləri Pekinin inkişafı dəstəkləmək üçün yeni tərəfdaşlara doğru strateji addımını əks etdirir.

"Çin hər dəfə Qərb ölkələri tərəfindən gərginlik, qarşıdurma və təcridlə üzləşdikdə daha güclü şəkildə - daha çox diqqət və intensivliklə inkişaf etməkdə olan dünyaya doğru üz tutur", - Vaşinqtondakı Afrika Strateji Araşdırmalar Mərkəzinin elmi işçisi Pol Nantulya bildirib.

Keçən həftə Si Cinpin Vyetnam, Malayziya və Kambocaya səfər edib, orada iqtisadi əlaqələri gücləndirməyə yönəlmiş onlarla sazişin imzalanmasını müşahidə edib. Dünyanın ikinci ən böyük iqtisadiyyatı deflyasiya təzyiqinə qarşı durmağa və Vaşinqtonla "ticarət müharibəsi" dövründən üzüağ çıxmağa çalışır.

"Çin Afrikadakı "dostlar dairəsi" ilə əlaqələrini sürətlə gücləndirəcək, onların arasında Keniya son illərdə mühüm yer tutur ", - Nantulya əlavə edib.

ABŞ inkişaf etməkdə olan dünyaya yardımı azaltdığı halda, Çin, görünür, istənilən vakuumu doldurmağa çalışır və özünü ABŞ-nin rəhbərlik etdiyi dünya nizamına alternativ kimi təqdim edir. Bir çox ekspertlər iddia edirlər ki, ABŞ-nin hazırkı siyasəti Pekinə özünü çoxtərəfliliyin müdafiəçisi kimi təqdim etməyə imkan verir, Si Cinpin bu mövzunu bu yaxınlarda Vyetnamda təbliğ edib.

Keniyalı Ruto üçün bu, ötən ilin sentyabrında Çin-Afrika Əməkdaşlıq Forumunda iştirak etdikdən sonra bir ildən az müddətdə Pekinə ikinci səfəri olacaq. Gözləntilərə görə, o, forum zamanı Pekinin Afrika ilə əlaqələrini "strateji səviyyəyə" çatdırmasından istifadə edərək Keniyanın əsas infrastruktur layihələri üçün maliyyələşdirmə mənbəyi axtaracaq, ticarəti və texnoloji dəstəyi genişləndirəcək.

Çinin Afrika ilə ümumi ticarəti on il ərzində, demək olar ki, iki dəfə artaraq 2024-cü ildə 295 milyard dollara çatıb.

Bundan başqa, Azərbaycan lideri İlham Əliyev də keçən ilin iyulunda Qazaxıstanda Şanxay Əməkdaşlıq Təşkilatı sammiti çərçivəsində aparılan danışıqlardan sonra Si Cinpinlə yenidən görüşəcək.

Xəzərin sahilində yerləşən respublika Çin və Avropa arasında mühüm ticarət bağlantısı rolunu oynayır. ABŞ-nin multimedia təşkilatı olan “China Global South” layihəsinin qeyri-rezident əməkdaşı Yunis Şəriflinin sözlərinə görə, son illərdə Azərbaycan bərpaolunan enerji, elektrik avtomobilləri və telekommunikasiya sahələrində Çin şirkətlərini cəlb edib.

Azərbaycan Rusiya və Avropa da daxil olmaqla ənənəvi tərəfdaşlarla və Qlobal Cənubun aparıcı qüvvələri, ilk növbədə, Çinlə münasibətlərdə tarazlığa can atır.

Çinin “Longi Green Energy Technology” şirkəti və və elektrik avtomobilləri istehsalçısı olan BYD şirkəti Azərbaycan iqtisadiyyatının şaxələndirilməsini dəstəkləyən investorlar arasında yer alır.

Bazar ertəsi Çinin “Sinxua” dövlət xəbər agentliyinə müsahibə verən Prezident İlham Əliyev bildirib ki, transsərhəd nəqliyyat dəhlizi ("Orta Dəhliz") Pekinin "Bir kəmər, bir yol" təşəbbüsü üçün yeni iqtisadi imkanlar yaradacaq, çünki o, bərpaolunan enerji və yüksək texnologiyalı sahələrdə əməkdaşlığı genişləndirməyə çalışır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:93
embedMənbə:https://525.az
archiveBu xəbər 22 Aprel 2025 14:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see252

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see230

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see214

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see213

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see210

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see205

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see184

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see181

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see166

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see166

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see165

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see156

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see149

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see148

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see144

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see143

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see143

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see142

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri