Icma.az
close
up
RU
Azərbaycanla Rumıniya bu sahədə əməkdaşlığı gücləndirməyə çalışır

Azərbaycanla Rumıniya bu sahədə əməkdaşlığı gücləndirməyə çalışır

GlobalInfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakıda Rumıniyanın Milli Günü və Rumıniyanın Böyük Birliyinin 106 illiyi ilə bağlı qəbul keçirilir.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, Rumıniyanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə keçirilən tədbir hər iki ölkənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Tədbirdə Rumıniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vasile Soare, fəxri qonaq qismində xarici işlər nazirinin müavini Samir Şərifov, ümumi qonaqlar arasında isə Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andeeva daxil olmaqla Azərbaycan akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, hərbi attaşelər, deputatlar iştirak edirlər.

Azərbaycanın xarici işlər nazirinin müavini Samir Şərifov çıxışı zamanı deyib ki, Azərbaycan və Rumıniya arasında iqtisadi ticarət sahəsində əməkdaşlığı genişləndirmək üçün böyük imkanlar mövcuddur.

O qeyd edib ki, iki ölkə arasında əlaqələr sıx münasibətlər hesabına strateji tərəfdaşlıq səviyyəsinə çatıb:

“Cari ilin iyul ayında Buxarestdə XİN başçıları arasında keçirilən siyasi məsləhətləşmələr, həmçinin Bakıda Rumıniya və Azərbaycan hökumətləri arasında keçirilən görüşlər münasibətlərin inkişafına töhfə verib. Mədəniyyət və təhsil sahəsində mübadilələr də əməkdaşlığın güclənməsinə töhfə verməkdədir”.

Rumıniyanın Azərbaycandakı səfiri Vasile Soare çıxışı zamanı bildirib ki, Rumıniya və Azərbaycan nəqliyyat sahəsində əməkdaşlığı gücləndirməyə çalışır.

Diplomat vurğulayıb ki, Orta Dəhliz Avropa ilə Asiyanı birləşdirən əsas marşrutdur, Bakı və Konstansa limanları isə mühüm coğrafi qovşaqlar rolunu oynayır.

Soare ölkələr arasında ticari-iqtisadi əməkdaşlıqda mühüm irəliləyişlərin olduğunu qeyd edib. O, həmçinin vurğulayıb ki, 2022-ci ildən Rumıniya ilə Azərbaycan Mərkəzi və Şərqi Avropanın enerji təhlükəsizliyini gücləndirəcək böyük enerji layihəsinin – “Black Sea Energy” yaşıl enerji dəhlizinin həyata keçirilməsi üzərində uğurla işləyirlər.

“Bu ilin sentyabrında Buxarestdə konkret nəticələr əldə edilib, burada iştirakçı ölkələr layihə üçün birgə müəssisə yaratmaq barədə razılığa gəliblər”, – Soare əlavə edib.

Onun sözlərinə görə, ölkələr arasında diplomatik münasibətlərin mövcud olduğu 32 il ərzində Rumıniya ilə Azərbaycan arasında siyasət, diplomatiya, iqtisadiyyat, enerji, nəqliyyat, mədəniyyət və təhsil də daxil olmaqla əksər sahələrdə əməkdaşlıq əhəmiyyətli dərəcədə dərinləşib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:268
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 28 Noyabr 2024 20:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see534

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see277

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see277

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see267

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see258

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see249

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see241

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see232

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see226

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see224

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see219

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see216

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see210

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see208

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see198

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see196

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see189

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see186

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see183

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri