Icma.az
close
up
RU
Çin çıxan yuxular, qovalayan qorxular... Yuxuları, düşüncələri özümüzə təlqin etdiyimiz üçün reallaşır

Çin çıxan yuxular, qovalayan qorxular... Yuxuları, düşüncələri özümüzə təlqin etdiyimiz üçün reallaşır

Bizimyol portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Yuxu 5 fizioloji mərhələdən ibarətdir. İlk mərhələdə oyaq görünsək də, yavaş-yavaş yuxuya doğru irəliləyirik və ağıl özünü azad etməyə başlayır. İkinci mərhələdə əzələlər rahatlaşır və ürək döyüntüsü yavaşlayır. Bu, xarici amillərə getdikcə daha çox bağlandığımız prosesdir. Üçüncü mərhələ, insanın yatdığının fərqində olduğu mərhələdir. Bu mərhələdə qəfil sarsıntılı oyanmalar baş verir. Dördüncü mərhələdə insan çox dərin yuxuda olur. Bu, dinləmənin baş verdiyi və keyfiyyətli yuxu təmin etdiyi hissədir. Beşinci mərhələ REM yuxusu adlanan yuxu prosesidir. Sürətli göz hərəkətlərinin meydana gəldiyi bu son mərhələdə yuxular da reallaşır. Araşdırmalar yuxuların başqa mərhələlərdə də baş verdiyini irəli sürsə də, xatırlanan yuxular REM yuxusunda baş verənlərdir. Görünən simvollar, vizuallar, təsvirlər şüursuzluğun təzahürüdür, yuxu zamanı zehni aktivləşmə və yuxuların ortaya çıxmasıdır.

Yuxuların mənaları keçmişdən bu günə qədər bir çox baxımdan şərh edilmişdir. Freyd, Jung, Adler kimi nəzəriyyəçilər də bu məsələni psixoloji yozum baxımından düşünmüş və yuxuların mənaları haqqında hamımızı müəyyən dərəcədə maarifləndirmişlər. Adətən pis yuxular gördüyümüz günlərdə yuxudan sonra günümüzün çox hissəsi demək olar ki, neqativ keçir. Yuxular real həyatımıza da öz izini buraxır.

Psixoloq Nura Cəfərzadə Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, yuxular insanların şüuraltından xəbər verir.

Nura Cəfərzadə

“Körpə uşaqlardan tutmuş böyüklərə qədər hər kəsin beyni gün ərzində gördüklərini yuxu zamanı aydınlaşdırır. Hətta körpə uşaqlar yuxu zamanı inkişaf edir. Yəni böyümə hormonu da yuxu zamanı ifraz edilir. Bu səbəbdən də yuxu bizim üçün önəmlidir. Yuxuda gördüklərimiz şüuraltında özünə yer edənlərdir.

Qeyd edilir ki, biz həyatda görmədiyimiz insanı yuxuda görə bilmərik. Deməli biz nə vaxtsa o insanı hardasa görmüşük. Bu da o deməkdir ki, bütün yuxular bizim həyatda yaşadıqlarımızın təzahürüdür”-deyə psixoloq qeyd edib.

"Pis" yuxu gördüyümüz gün niyə günümüz pis keçir?

Psixoloq deyir ki, beyin təlqin mexanizminə sahibdir: “Əgər pis yuxu gördüyümüz zaman biz o yuxunu çox düşünürüksə və pessimist ssenarilər qururuqsa, bu yuxu real hadisə kimi həyatımızda da baş verir.

Bəzən qorxularımız da bizim yuxularımızda özünü göstərir. Məsələn; mən nədən qorxuramsa, onu yuxuda görürəm. Sonra başlayıram özümlə danışmağa - "bu hadisə elə belə olacaqmış ki, mənim yuxuma da bu şəkildə girib". Bu da sadəcə təlqindir.

Ümumiyyətlə, insan gözü nəyi görmək istəyirsə onu görür və nəyi eşitmək istəyirsə, onu eşidir. Əgər biz “bu gün günüm pis keçəcək” deyiriksə, gördüyümüz yuxunun təsirində qalırıqsa, o yuxu real həyatımızda da baş verir.

Məsələn; biz sizinlə qırmızı maşın haqqında danışsaq, o zaman ətrafda heç vaxt fikir vermədiyiniz qırmızı maşınları daha çox görməyə başlayacaqsınız. Şüuraltı belədir, nəyi əmr veririksə, o da bizə onu göstərməyə başlayır. Şüuraltı bizə inanclarımıza görə görmək istədiklərimizi göstərir”.

Nura Cəfərzadə vurğulayıb ki, bunu psixologiya ilə də əlaqələndirmək mümkündür.

“Məsələn; bir insanın aşağılıq kompleksi varsa, o insana kim nə desə, onu özünə aşağılıq kompleksi kimi qəbul edəcək. Yəni özü o düşüncədə olduğu üçün elə bilir ki, hamı onun haqqında o düşüncədədir. Əgər insan öz şüuraltından və öz inanclarından xəbərdar olsa, o zaman şüurlatı insana xidmət edəcək. Əgər xəbərsiz olsa və hər şeyi kainatdan gəldiyi kimi qəbul etsə, o zaman insan o düşüncənin köləsi olacaq”-deyən psixoloq hesab edir ki, insan həyatda inanclarından artıq heç nə yaşamır.

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 25 Yanvar 2025 00:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see258

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see161

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see138

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see138

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see134

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see132

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see128

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri