Icma.az
close
up
RU
Çin elektromobillərlə dünyanı dəyişir neft erası bitirmi?

Çin elektromobillərlə dünyanı dəyişir neft erası bitirmi?

Icma.az, Hurriyyet saytına istinadən bildirir.

Son illərdə dünya enerji sistemində səssiz, lakin çox böyük bir dəyişiklik baş verir. Bu dəyişimin mərkəzində isə Çin dayanır. Pekin artıq təkcə dünyanın ən böyük elektromobil bazarı deyil – həm də bu sahədə planetin əsas ixracatçısına çevrilib.

Musavat.com xəbər verir ki, statistikaya görə, ötən il Çində elektromobil satışları 2021-ci illə müqayisədə dörd dəfə artıb.

Daha maraqlısı isə odur ki, Çin bazarında satılan elektrik avtomobillərinin sayı dünyanın qalan bütün ölkələrində satılan elektromobillərin cəmindən də çox olub. Bu isə sadəcə texnoloji yenilik deyil. Mütəxəssislərin fikrincə, bu proses artıq qlobal enerji siyasətinə və neft bazarına birbaşa təsir göstərir.

“BloombergNEF” analitiklərinin hesablamalarına görə, yalnız elektromobillərin yayılması sayəsində dünya ötən il gündə təxminən 2,7 milyon barel neftə qənaət edib. Proqnozlar daha da diqqətçəkəndir. Cəmi dörd ildən sonra bu rəqəm iki dəfə artacaq.

Müqayisə üçün qeyd edək ki, qlobal enerji bazarında ən böyük risklərdən biri hesab olunan Hörmüz boğazının bağlanması vəziyyətində dünya bazarı təxminən 10–12 milyon barel neft itirə bilər. Halbuki müharibədən əvvəl qlobal neft istehlakı gündə təxminən 105 milyon barel idi. Ekspertlər bildirir ki, əgər İranla genişmiqyaslı müharibə Ukraynadakı münaqişə ilə eyni vaxtda baş versəydi, qlobal enerji böhranı daha ağır ola bilərdi və neft qiymətləri indiki səviyyədən də xeyli yüksək qalxardı. Qərb ölkələri enerji şokunun qarşısını almaq üçün artıq strateji neft ehtiyatlarını rekord həcmdə bazara çıxarıblar. Planlaşdırılan həcm gündə 3 milyon bareldir. Ekspertlərin hesablamasına görə, elektromobillər olmasaydı, bu həcm ən azı iki dəfə çox olmalı idi. Lakin belə bir satış texniki baxımdan da mümkün deyil – dünya neft ixrac infrastrukturu buna hazır deyil. Başqa sözlə, elektrik avtomobilləri faktiki olaraq qlobal enerji bazarında qiymətlərin daha da partlamasının qarşısını alıb. Çinin bu strategiyasının arxasında ilk növbədə enerji təhlükəsizliyi dayanır. Pekin uzun illərdir ki, neft və qaz idxalından asılılığı azaltmağa çalışır. Çin əsas enerji resurslarını Yaxın Şərqdən, Rusiyadan, Avstraliyadan, ABŞ-dən idxal edir. Bu səbəbdən Çin hökuməti bir tərəfdən elektromobil sənayesini sürətlə inkişaf etdirdi, digər tərəfdən isə Qobi səhrasını minlərlə günəş paneli ilə doldurdu. Başlanğıcda günəş və külək enerjisi daha çox iqlim dəyişikliyi ilə mübarizə simvolu hesab olunurdu. Bir çox ölkələr isə kömürdən təmiz enerjiyə keçid üçün aralıq yanacaq kimi təbii qazdan istifadə etməyi planlaşdırırdı. Lakin son illər iqtisadi reallıq dəyişib. 2021–2022-ci illərdə baş verən enerji böhranından sonra günəş panellərinin qiyməti 20%-dən çox ucuzlaşıb, texnologiyanın səmərəliliyi artıb. Yeni günəş və külək elektrik stansiyalarını tikmək kömür, qaz və hətta atom stansiyalarından daha ucuz və sürətli olub.

Yaxın Şərqdə yeni müharibə isə enerji bazarını yenidən silkələyib. İranın Hörmüz boğazını bağlaması qlobal qaz bazarına da zərbə vurub. Məsələ ondadır ki, bu boğaz vasitəsilə Qətər dünya bazarına qlobal LNG qazının təxminən 20 faizini çıxarırdı. Nəticədə bir çox ölkə alternativ tapa bilmədiyi üçün yenidən kömürdən istifadə etməyə başlayıb. Kolumbiya Universitetinin enerji eksperti Enn-Sofi Korbo hesab edir ki, hazırkı böhran yeni enerji strategiyasına səbəb ola bilər. Onun sözlərinə görə, əvvəlki enerji böhranı əsasən Avropaya təsir etmişdi. Bu dəfə isə təsir qlobaldır. Bir çox ölkə qaz mərhələsini keçmədən birbaşa bərpa olunan enerjiyə keçə bilər. Bu isə dünya energetikasında strateji dönüş nöqtəsi ola bilər.

Bütün bu proseslər göstərir ki, dünya energetikası artıq köhnə modeldən uzaqlaşır. Bir tərəfdən geosiyasi risklər, digər tərəfdən isə texnologiyanın ucuzlaşması yaşıl enerjini strateji seçimə çevirir. Bu transformasiyanın liderlərindən biri isə artıq şübhəsiz ki, Çindir. Elektromobillər, günəş panelləri və külək stansiyaları təkcə ekologiya layihəsi deyil – onlar getdikcə qlobal enerji və geopolitika oyununun əsas alətlərinə çevrilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 06 Aprel 2026 19:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see775

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see518

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see307

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see282

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see277

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see261

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see250

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see237

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see235

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see231

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see225

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see225

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see223

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see218

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see208

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see196

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see187

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see183

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see179

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri