Icma.az
close
up
RU
Çin güclənərsə, bu, Avropanın Amerikadan uzaqlaşması ilə nəticələnəcək AÇIQLAMA

Çin güclənərsə, bu, Avropanın Amerikadan uzaqlaşması ilə nəticələnəcək AÇIQLAMA

Icma.az, Redaktor.az saytına istinadən bildirir.

ABŞ dövlət katibi Marko Rubio bu gün Hind-Sakit okeanı regionunda əməkdaşlığı gücləndirmək və Çinin artan təsirini məhdudlaşdırmaq məqsədi daşıyan təhlükəsizlik üzrə dördtərəfli dialoq (QUAD) qrupunun yeni görüşü çərçivəsində Avstraliya, Hindistan və Yaponiyadan olan həmkarlarını qəbul edəcək.

ABŞ bir tərəfdən Çinlə danışıqlar aparır, amma digər tərəfdən Çinin artan təsirini məhdudlaşdırmaq istəyir. Əslində, ABŞ-nin məqsədi nədir?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında politoloq Asif Nərimanlı bildirdi ki, Amerikanın Çin strategiyası bir qədər fərqlidir:

"Təbii ki, Çin Amerikanın rəqibi kimi qəbul olunur. Amerika üçün əsas problem, soyuq müharibə dövründən sonra super güc olaraq qalmaqdır. Bu sistemə qarşı əsas təhlükə Çinin güclənməsidir. Bunu təkcə Tramp administrasiyası qəbul etmir, ümumiyyətlə 2013-cü ildən sonra bu proses başladı. Güclənən Çin "Kəmər yol" layihəsini təqdim etdi və yeni super güc olma istiqamətində addımlar atmağa başladı. Söhbət Amerika qütbünə qarşı yeni bir qütbün formalaşmasından gedir. Çinin super güc olması dünyanın qütbləşmə dövrünə keçməsinə səbəb olacaq.

Ona görə Amerika müxtəlif dövrlərdə Çinin təsir gücünü azaltmaq üçün fərqli addımlar atıb. Məsələn, indiki dövrdə Ukrayna müharibəsi. Bu müharibə buna müəyyən qədər təsir etdi".

Politoloq qeyd etdi ki, Çin güclənərsə, bu Avropanın Amerikadan uzaqlaşması ilə nəticələnəcək.

"Amerika isə Avropadakı tək güc olmaq istəyir. Nəticədə Rusiya–Ukrayna müharibəsi yenidən dünyanı NATO və Amerika çətiri altına aldı.

Tramp administrasiyası isə əvvəlki dövrlərdə olduğu kimi daha çox Çinlə iqtisadi müharibə aparır. Çini iqtisadi cəhətdən zəiflətmək istəyir. Amma digər tərəfdən Çinlə danışıqlar da aparılır. Bunun bir neçə səbəbi ola bilər. Hesab edirəm ki, bu, mövcud vəziyyətlə bağlıdır.

Düşünürəm ki, Amerikanın əsas məqsədi Ukrayna müharibəsini bitirmək və Şərq məsələsini həll etməkdir. Belə desək, nəzarəti əlinə almaq istəyir. Amma hazırda Tramp bunu əldə edə bilməyib. Belə vəziyyətdə Çinlə qarşıdurma etməsi Amerikanın yeni cəbhə yaratması demək olar. Ona görə də ABŞ Çinə qarşı mübarizəni təxirə salır.

Rusiya ilə anlaşma olmadan da Amerika Çinlə mübarizə apara bilməz. Əks halda, ABŞ çətin vəziyyətdə qala bilər. Digər səbəb isə Amerikanın Çini özünə tabe etmək, nəzarət altına alma cəhdləri ola bilər. Çünki Çinin iqtisadi planlarına baxdıqda, bu, onun iqtisadi müstəvidə daha da böyüməsinə səbəb olacaq. Amma Amerika Çinlə əməkdaşlıq quraraq ona iqtisadi cəhətdən nüfuz etmək istəyir", - deyə Asif Nərimanlı vurğuladı.

Xədicə BAXIŞLI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:183
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 01 İyul 2025 19:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri