Ermənistanın Moskvadakı səfirliyi yaxınlığında aksiya keçirildi
Icma.az, Sitat.info portalına istinadən məlumatı açıqlayır.
Ermənistanın Moskvadakı səfirliyi yaxınlığında Ermənistanın hazırkı rəhbərliyinin siyasətinə qarşı ictimai etiraz aksiyası keçirilib. İştirakçılar Baş nazir Nikol Paşinyanın hərəkətləri ilə razılaşmadıqlarını bildiriblər və həbsdə olan din xadimləri və biznesmen Samvel Karapetyanın dərhal azadlığa buraxılmasını tələb ediblər.
Sitat.info xəbər verir ki, bu barədə “Moskovski Komsomolets” məlumat yayıb.
Tədbirdə əsasən erməni diasporunun nümayəndələri olmaqla 100-ə yaxın insan iştirak edib. Nümayişçilər qeyd ediblər ki, rəsmi İrəvanın indiki siyasəti cəmiyyətdə xaos səpmək, ictimai şüuru zəhərləmək, erməni xalqı arasında süni parçalanma yaratmaqdır.
İştirakçılar həbsdə olan din xadimlərinin vəziyyətinə xüsusi diqqət yetiriblər. Nümayişçilər Ermənistan xalqını hökumətin təxribatlarına uymamağa və indiki çətin siyasi şəraitdə birliyi qorumağa çağırıblar./Teleqraf
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:54
Bu xəbər 15 Noyabr 2025 19:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















