Qaetano Donisettinin Sevgi şərbəti operasının tamaşası nümayiş olundu FOTO
Milli.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakı Musiqi Akademiyasının nəzdində fəaliyyət göstərən Opera Studiyasında görkəmli italyan bəstəkarı Qaetano Donisettinin "Sevgi şərbəti" operasının tamaşası nümayiş olundu.
Tamaşanın quruluşçu rejissoru ukraynalı Mikola Tretyak, rejissoru isə Hafiz Quliyevdir. Tamaşa Xalq artisti Fəxrəddin Kərimovun idarəsi altında təqdim olunub.
Operada baş rolları - Nemorino obrazını Əməkdar artist Fərid Əliyev, Adina obrazını isə ilk dəfə olaraq Aydan Quliyeva canlandırırdı. Onların yaratdıqları obrazlar tamaşaçılar tərəfindən xüsusi rəğbətlə qarşılanıb. Həmçinin tamaşada Əməkdar artist Anton Ferştandt (Belkore), Xalq artisti Əkrəm Poladov (Dulkamara), solist Nina Makarova (Janetta) öz partiyalarını yüksək peşəkarlıqla ifa etdilər. Əməkdar incəsənət xadimi Sevil Hacıyevanın rəhbərliyi altında çıxış edən xor kollektivinin professional ifaları da tamaşaya özünəməxsus rəng qatdı.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:56
Bu xəbər 15 Noyabr 2025 19:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















