Çin hakimiyyətinin bu addımı neftin qiymətini düşürdü
Milli.az saytına istinadən Icma.az xəbər verir.
Həftənin ilk günündən dünya bazarında neft qiymətlərinin kəskin ucuzlaşması müşahidə olunur.
Milli.Az musavat.com-a istinadən xəbər verir ki, gün ərzində Brent markalı etalon neftin 1 barelinin qiyməti 76 dollardan 71.81 dollara qədər ucuzlaşıb.
Analitiklərə görə, neft bazarı Çində iqtisadiyyatın stimullaşdırılması tədbirlərinin yetərincə geniş olmamasının neqativ təsirindədir. Belə ki, ötən həftə Çin hökuməti yerli hökumətlərə kömək üçün 1,4 trilyon yuan (195,4 milyard dollar) ayıracağını açıqlayıb Bu, daha əhəmiyyətli stimul gözləyən investorları məyus edib. Bundan əlavə, şənbə günü dərc edilən məlumatlar, deflyasiya risklərini artırmaqla, oktyabr ayında Çində inflyasiyanın daha da yavaşladığını və istehsalçı qiymətlərinin aşağı düşdüyünü göstərdi.
Bu həftə treyderlərin diqqəti həmçinin OPEC, Beynəlxalq Enerji Agentliyi (IEA) və ABŞ Energetika Nazirliyinin neft hesabatlarına və proqnozlarına yönəlib.
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 12 Noyabr 2024 08:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















