“Barselona”nın “Real Madrid”lə oyunda sağ cinah müdafiəçisi müəyyənləşir
Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.
“Barselona”nın 19 yaşlı futbolçusu Xavi Espartın bazar günü “Real Madrid”ə qarşı keçiriləcək El-Klasikoda əsas heyətdə yer alacağı gözlənilir.
İdman.Biz AS nəşrinə istinadən xəbər verir ki, kataloniyalıların baş məşqçisi Hans-Diter Flik gənc müdafiəçinin Çempionlar Liqasının əsas mərhələsində PSJ ilə görüşdəki çıxışından razı qalıb.
Parisdə keçirilən qarşılaşmada Espart Xviça Kvaratsxeliyanın qarşısını almaqda komandasına kömək edib və qol vurmağı da bacarıb. Onun həmin oyundakı performansı Flikin etimadını qazanmasına səbəb olub.
Bununla belə, gənc futbolçunun El-Klasikoda iştirakı hələ tam dəqiqləşməyib. Espart PSJ ilə matçın 74-cü dəqiqəsində topuğundakı narahatlıq səbəbindən əvəzlənib.
“Barselona” onun bazar gününədək sağalacağına ümid edir. Topuq bağlarının zədələnməsindən əziyyət çəkən Jül Kundenin də “Real Madrid”lə görüşdə iştirakı sual altındadır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:201
Bu xəbər 22 Oktyabr 2026 22:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















