Çin hökumətinin başladığı yeni kampaniya əhalinin artımına hesablanıb KONKRET
Icma.az bildirir, Konkret.az saytına əsaslanaraq.
Çin doğum nisbətini stimullaşdırmaq üçün kampaniya başlayıb.
KONKRET.az xəbər verir ki, bu barədə məlumatı “The Financial Times” nəşri yayıb. Müxtəlif üsullarla subay insanlar evlənməyə, ailələr isə birdən çox uşaq sahibi olmağa təşviq edilir. Həvəsləndirici fəaliyyətlər həm yerli, həm də milli səviyyədə həyata keçirilir. Yerli məmurlar evli qadınlara zəng edərək, nə vaxt uşaq sahibi olmaq niyyətində olduqlarını birbaşa soruşurlar. Məqalədə deyilir ki, bəzi çinli qadınlar daha sonra sağlamlıqlarını yoxlamaq üçün antenatal klinikalara dəvət olunurlar. Artıq bir və ya daha çox uşağı olan ailələrə daha çox uşaq dünyaya gətirmək üçün xüsusi müavinət verilir. Bundan əlavə, Çin universitetlərindən subay tələbələrə yönəlmiş “evlilik və sevgi kursları”nın tətbiqi tələb olunub.
Vəli Həsənov,
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 26 Dekabr 2024 10:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















