Icma.az
close
up
RU
Çin modeli: Oyaq xalq, oyaq dövlət və modern liderlik…

Çin modeli: Oyaq xalq, oyaq dövlət və modern liderlik…

Yeniazerbaycan portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

22 aprel, 2025-ci il.

Çində-Sincan-Uyğur muxtar rayonunun paytaxtındayıq.

Buraya Çin Kommunist Partiyasının dəvəti ilə , Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Siyası partiyalar forumunda iştirak etmək üçün gəlmişik.

Forumun açılışı sabah olacaq.

Hələ vaxt var.

Yerləşdiyimiz otelin səliqə-səhmanı ilə diqqəti çəkən geniş həyəti gəzişmək üçün ideal məkandır.

Çin möcüzəsindən, ölkənin regional sərhədləri artıq çoxdan keçmiş iqtisadi-siyasi gücündən danışırıq.

Çin müdriklərindən Şan Sanın bir fikrinin xatırladıram:

“Dövlət oyaq olanda, xalq yatır.

Xalq oyaq olanda, dövlət yatır.”

Birinci variantda dövlət xalq üçün özgələşir.

İnkişafın istiqaməti ziddiyyət yaradır: biri gələcəyə doğru gedir, biri səfalətə və ətalətə sürüklənir.

İkinci variantda dövlət xalqın düşüncələrini qarşılaya bilmir.

Sonda xaos, anarxiya, iğtişaşlar qaçılmaz olur.

Dövlətin immuniteti aşağı düşür, ölkə xarici müdaxiləyə açıq qalır.

Tarixdə belə nümunələr çoxdur.

Müasir dövrdə də belə acı təcrübələrlə tez-tez rastlaşmışıq və rastlaşırıq.

İndi 21-ci əsrdir.

Şərtlər dəyişib.

Tələbatlar fərqlidir.

Əsrin gərginliklərini, üzləşdiyimiz regional və qlobal riskləri itkisiz, ən yaxşı halda minimum itkiylə sağ-salamat adlamaq üçün hər ikisi - dövlət də, xalq da oyaq və ayıq  olmalıdır.

YAP nümayəndə heyətinin rəhbəri Tahir Budaqaov  "Bu missiyanı isə yalnız modern liderlik hesabına həyata keçirmək mümkündür" - deyir.

Və nəticədə mükəmməl bir təsnifat alınır.

“Oyaq xalq, oyaq dövlət və modern rəhbərlik".

Milli  mövcudluğun, yaşamın, inkişafın, günü-gündən sərtləşən  rəqabətə davamlılığın alternativsiz modeli!

Hansı ki, bu gün bu modelin əlamətlərinə Çin Xalq Respublikasının hər guşəsində rast gəlmək mümkündür. Paytaxtdan tutmuş əyalətlərə qədər...

Eyni zamanda, bu, biz azərbaycanlılara tanış və uğur qazandıran bir üslubdur...

Urumçi Sincan-Uyğur Muxtar rayonunun paytaxtıdır.

Muxtar rayonun paytaxtı ötən əsrin ortalarına kimi Dihua adlanırmış.

1954-cü ildə şəhərin adı dəyişdirilərək Urumçi olub.

Bu şəhər dəmiryolu nəqliyyatının mühüm nöqtəsidir.

Qərb istiqamətindəki yolun şah damarı sayılıır.

Urumçinin adı anımların xüsusi idarəolunma mexanizminə təkan verir.

Dilimizdəki Urumçi adı ilə bağlı ifadələr yada düşür.

Mənim doğulduğum Zəngəzur mahalının Mığrı bölgəsinin Nüvədi kəndində yaşlı sakinlərin dilindən tez- tez eşidərdik:

Haralardaydın, görünüb eləmirdin.

Urumçiyə gedib eləməmişdin.

Niyə yorulmusan ki, Urumçidən gəlirsən.

Sənin xətrinə nə desən, gedib lap Urumçidən tapıb gətirərəm...”

Qərb bölgəsində Qazax, Tovuz tərəflərdə belə bir ifadə var.

“Urumjidən gəlmisən bəlkə.”

Şirvan zonasında analar dilli-dilavər, ərköyün, sözə baxmayan qız övladlarını məzəmmət edərkən belə deyirlər.

“Dilin yanmasın, səni görüm uruma-çınə qismət olasan...”

Şübhəsiz ki, bu deyimlər təsadüfdən yaranmayıb.

Bu dil  faktlarının hər birində qədim İpək yolunun, 40-cı paraleldə yerləşən Bakı-Pekin əlaqələrinin  kodları yaşayır...

Urumçidəki tərcüməçi bələdçimiz yerli sakindir.

Rus dilində anlaşırıq.

Azərbaycandan olduğumuzu biləndə,-

Xoş bulduq,- deyir.

Dərhal isinişib tanış oluruq.

Adı Həmid, soyadı Məciddir.

Həmid Məcid!

Həmid Məcid uyğurdur.

İngilis dili mütəxəssisidir.

Atası uyğur, anası tatar qızıdır.

38 yaşı var.

Hələ ailə qurmayıb.

Uyğur qızı ilə ailə quracağını planlayıb.

Həmid Məciddən öyrənirik ki, Urumçidə yerli vaxt Pekin vaxtından bir-iki saat fərqlənir.

Amma saatlar Pekin vaxtıyla işləyir.

Ümumiyyətlə, Çində yerli vaxt anlayışı yoxdur.

Çin xarakterinin daha bir maraqlı detalı - eyni zamanda yaşamaq, zamandan geri qalmamaq,

Birgəlik məsuliyyəti təşviq edilir.

ŞƏT Siyasi Partiyaların Forumu ilə eyni gündə Pekində Azərbaycan-Çin görüşləri keçirilir.

Azərbaycan Prezidenti İlham Əliyev Çin Xalq Respublikasında dövlət səfərindədir.

Həmin gün Prezident İlham Əliyev və sədr Si Cinpin Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat imzaladılar.

Bu sənəd bir il əvvəl iyul aynda Şanxayda imzalanmış strateji tərəfdaşlıq haqqında Bəyannamədən daha təkmil və hərtərəfli sənəddir.

Pekin Bəyannaməsində Azərbaycanın hakim partiyası - Yeni Azərbaycan Partiyası ilə əməkdaşlıq xüsusi bənddə qeyd olunur.

Bəyannamənin ikinci bəndində deyilir:

“Tərəflər Çin Kommunist Partiyası ilə Yeni Azərbaycan Partiyası arasında siyasi dialoqun möhkəmləndirilməsini dəstəkləyir. Hər iki tərəf praktiki əməkdaşlığı irəlilətmək üçün müntəzəm mexanizmlər çərçivəsində hökumətlər arasında əlaqələrin gücləndirilməsinə hazır olduqlarını təsdiqlədilər. Tərəflər beynəlxalq və regional təşkilatlarda fəaliyyətin əlaqələndirilməsi də daxil olmaqla qanunverici orqanlar xətti üzrə təmasları və mübadilələri dəstəkləyir.”

Azərbaycanla Çin arasında imzalanmış 18 sənədin arasında Urumçi şəhərinin də adı var:

“Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhəri ilə Sincan-Uyğur Muxtar Rayonunun Urumçi şəhəri arasında  qardaşlamış şəhər münasibətlərinin qurulmasına dair Niyyət Məktubu”nu Azərbaycanın Çindəki səfiri Bünyad Hüseynov və Çinin Urumçi şəhərinin meri Yakub Paydulla imzaladılar.

Naxçıvanla Urumçi qədim İpək yolunun, Azərbaycanın və Çinin dəstəklədiyi "Bir kəmər, bir yol" layihəsinin,  “Orta Dəhlizin” vacib strateji məntəqələridir.

Hər iki şəhər Qlobal Cənubun mühüm məkanıdır.

Xatıladaq ki, bu il aprelin 2-də, Çin-Azərbaycan əlaqələrinin qurulmasının 33-cü ilinin tamamlandığı gün keçirilmiş “Azərbaycan-Çin strateji tərəfdaşlığı: Qlobal Cənubda konsolidasiya və əməkdaşlığın təşviqi” adlı konfransda Naxçıvanla bağlı mövzuya toxunulmuş və Çin Kommunist Partiyasının mərkəzi komitəsinin üzvü, beynəlxalq əlaqələr şöbəsinin müdiri Lyu Tzyançao bu məsələnin diqqət mərkəzində olduğunu qeyd etmişdi...

Bu münasibətlə uyğur qadaşımız Həmid Məcidi təbrik edirik:

“Artıq rəsmən qardaşlaşdıq.

Həmid Məcidin ümid və həyəcan saçan  gözlərini yəqin  ki, heç vaxt yaddan çıxarmaq mümkün olmayacaq...

ŞƏT Siyasi Partiyaların forumunda 23 ölkədən 200 nəfərə yaxın nümayəndə iştirak edir.

Yeni Azərbaycan Partiyasının nümayəndə heyətinə və onun rəhbərinə xüsusi diqqət, həssas münasibət var.

Yaxından tanış olmaq, fikir mübadiləsi aparmaq istəyirlər.

Azərbaycana belə münasibətin bir səbəbi var.

Cənubi Qafqazın lider ölkəsi geosiyasi imkanlardan bəhrələnən deyil, geosiyasi proseslərə töhfə verən bir ölkədir.

Yeri gəlmişkən, bəzən bizim Qarabağda üzləşdiyimiz işğalı Ukraynada gedən savaşla müqayisə edirlər.

Əlbəttə ki, oxşarlıqlar tapmaq mümkündür.

Amma ciddi bir fərq var.

Ukraynada geosiyasət işğala qarşı səfərbər edilərək dirəniş göstərir.

Bizdə isə geosiyasət erməni adıyla Qarabağı işğal etmişdi.

Ali Baş Komandan İlham Əliyev və Onun əsgəri geosiyasi güclərə qarşı mübarizə aparıb, işğal faktını aradan qaldırdı.

Bölgədə yeni geosiyası reallıq yaratdı.

Azərbaycan bu gün Cənubi Qafqazda geosiyası güc mərkəzidir...

25 aprel.

Çinin cənubunda yerləşən Çjetsyan vilayəti də bizi eyni səmimiyyət və rəftarla qarşılayır.

Ölkənin bütün bölgələrində də olduğu kimi dinmamik  inkişaf göz qabağındadır.

Səfərin sonuncu günü Hancou şəhəri.

27 aprel.

Hava limanına,  Bakıya dönməyə hazırlaşırıq.

Otelin həyətində bir daş lövhəyə həkk edilmiş aforizm diqqətimizi cəlb edir.

İngilis dilində yazılmış cümlənin tərcüməsi belədir.

“Əgər sənin bir yaxın dostun varsa, sən cənnətin qapısına hamıdan daha yaxınsan”.

Çin-Azərbaycan münasibətləri üçün rəmzi sayıla biləcək bir hikmətdir.

Deməli, Çin bu gün Orta dəhlizin cənnəti sayılan  Cənubi Qafqaza bütün iddialı tərəflərdən daha yaxındır.

Çünki, onun Azərbaycan kimi strateji tərəfdarı və Çin lideri Si Cinpinin dediyi kimi “İlham Əliyev kimi böyük dostu” var.

Biz bu dostluğa inanır və güvənirik.

Alqış HƏSƏNOĞLU

“Yeni Azərbaycan” qəzetinin baş redaktoru

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:339
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 04 May 2025 18:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see370

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see358

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see279

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see269

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see258

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see246

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see239

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see234

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see229

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see222

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see213

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see212

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see204

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see192

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see191

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see186

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see183

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see175

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see172

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri